İnternet explorer problemi

Salam.Mən İnternet Explorer də adressbara sayt yazıram,ikonka fırlanır amma sayt yüklənmir.sizcə problem nədə ola bilər?məsələn mail.ru yazıram ikonka fırllanır amma sayt yüklənmir ekrana da heç bir yazı gəlmir.yalnız cancel i basdıqda ieframe.dll yüklənir sonra "Navigation cancelled" yazılır..burda problem brauzerdədir?ola bilər ieframe.dll ilə bağlı olsun.system 32 də belə bir fayl var.həcmi 9 mb dı...mümkünsə aydınlıq gətirin

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Mehman Elxanoglu (2012-05-30 15:09:41)
Məncə, artıq suala elə özünüz cavab verdiniz. Dial up bağlantı, üstəlik İE8 :) Heç kimə İE istifadə etməyi məsləhət görməzdim, ancaq əliniz İE-yə öyrəşibsə (fəqət məsləhət görməzdim ki, əlinizi İE-yə öyrəşdirəsiniz!), onu buradan endirib, təkrar quraşdırın, eyni problem yaşansa, yenə kömək etməyə çalışarıq.

rootik (2012-05-30 10:51:27)
Məndə İE 8 dir..bütün brauzerlərlə saytlara daxil olmaq olur.bağlantı dial up dır...56 kbit/san.problem bircə İE dədir.

Mehman Elxanoglu (2012-05-30 09:33:02)
Salam, öncəliklə soruşmaq istərdim: Sizdə Interner Explorerin hansı versiyasıdır? Digər brauzerlərlə (Chrome, Firefox, Opera) də eyni problem yaşayırsınızmı? Sizin internetə giriş sürətiniz neçə kbit/san-dir? Əgər ieframe.dll-in zədələndiyini düşünürsünüzsə, onu buradan təkrar endirib, System32 qovluğuna yerləşdirə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WP saytda ə hərfinin görüntüsündəki qeyri sabitliklə ilgili

Sayt explorerdə açılmır səbəbini necə öyrənə bilərəm ?

Internet explorer-da problem

Browser sazlanması

Internet Explorerdə başlanğıc səhifəsini dəyişmək

TrustedInstaller nədir?