Peyda olan menyunun (siçanın sağ düymə menyusu) redaktəsi

Salam, kompüterimə MathCAD proqramını quraşdırarkən aşağıdakı kimi səhv əmələ gəlir. Hər dəfə quraşdırılanda eyni "xəta" baş verir, düzdür MathCAD normal işləyir, ancaq menyunun özü bir balaca diskomfort yaradır. Sual: Peyda olan menyuda (burada siçanın sağ düymə menyusu nəzərdə tutulur) yaranmış olan (5 ədəd) artıq "MathCAD Document" sözlərini (yarlıqları) necə silə və ya redaktə edə bilərəm?!

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Tima Lennon (2012-05-31 11:44:30)
Sen yuxardakı menyuda "pravka" "nayti" gir orda MathCad-a aid axtar, gör nə var "HKEY_CLASSES_ROOT" bu folderin içində, ShellNew-ları sil.

Mehman Elxanoglu (2012-05-31 09:17:50)
Axı orada MathCAD-a aid heç nə yoxdur :(

Tima Lennon (2012-05-31 02:24:58)
Mən demədimki çətindi dedim qəlizdi =P =) Siz "HKEY_CLASSES_ROOT" qovluğunda MathCad-a aid fayılları tapın , orda "ShellNew" olanları (artıq) silin.

Mehman Elxanoglu (2012-05-30 22:42:04)
Bunu etmək o qədər də çətin deyil mənim üçün... Bəs sonrası yoxdur?!

Tima Lennon (2012-05-30 22:25:28)
Bir az qəlizdi,amma anlatmaqa çalışacam, daxil olursunuz "Pusk"a (Start) Orda "выполнить" (Run) var ora daxil olub yazırsınız "regedit" açılacaq pəncərədə bu papkalara daxil olaraq gedirsiniz (ardıcıl olaraq) [code]HKEY_CLASSES_ROOT\Folder\shellex\ContextMenuHandlers\[/code] D İ Q Q Ə T ! : Əgər VVindovvs 7 dirsə o zaman "Pusk" (Start) "найти программы и файлы" hissəsinə "regedit" daxil edib "Enter" düyməsinə klikləyin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress-lə bağlı bir neçə sual

Maraqlı menyular

Sayta slider (şəkilli) linklərin əlavə olunması ilə bağlı kömək..

Sayta slider (şəkilli) linklərin əlavə olunması ilə bağlı kömək

Css menyu

Android redaktor proqramı