Video saytı üçün məsləhətlər.

Salam, video saytı qurmaq üçün server necə olmalıdır, hansı dildə sayt yığılmalıdır (php kifayət edir?) və.s bunun kimi hansı həllər olmalıdır? Əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Xaliq Babayev (2012-06-01 09:25:13)
Tesekkur edirem cox sagolun

Elvin Hacı (2012-05-31 14:49:58)
Bilirsiniz, bu işlər belə olmur. Hər kəs öz işi ilə məşğul olsa nəticə daha effektiv alınar. Siz necə məşğul olmaq istəyirsiniz, saytın həm redaktoru, həm proqramçısı, həm verstalşik-koderi, həm dizayneri, həm server administratoru və.s. hər şeyi özünüzmü etmək istəyirsiniz? Çətin məsələdir, veb layihələrə yanaşma tərzindən çox şey asılıdır. Bir yanaşma odur ki, layihəyə pul və işçilər cəlb edilə, ciddi işlər görülə və nəticə qazanıla. Digər yanaşma isə bir nəfər həvəskar səviyyədə yüngülvari sayt qura işlədə. Hazır kodlar, dizaynlar və.s. əsasında ucuz bir serverdə. Video sayt qurmaq ikinci hal üçün mümkün deyil, çünki burada ən azından ciddi server həlləri olmalıdır, onu isə təkbaşına həll edə bilməyəcəksiniz. Məsləhətim budur ki Youtube vasitəsilə həll edəsiniz hər şeyi. Yüngülvari bir hostinq alın, bütün videolarınızı Youtube-a yükləyib oradan paylaşım linki ilə saytınızın bölmələrinə atın.

Xaliq Babayev (2012-05-31 14:21:29)
Elvin, bes ozum mewgul olsam nece?

Elvin Hacı (2012-05-30 23:09:06)
Saytı yəqin ki peşəkarlara etibar edəcəksiniz, saytın hədəfini, auditoriyasını və.s. deyəcəksiniz, onlar da sizə sistem tələblərini və server qiymətlərini deyəcəklər.

Xaliq Babayev (2012-05-30 23:02:21)
Bes server?

Tima Lennon (2012-05-30 22:11:10)
Php saytın sistemi üçün kifayət edər, amma "video player" üçün HTML5 daha məsləhətdir, youtube belə "İstifadəçi ayarlarında" HTML5-ə keçid qoyub. Flash Playerlər internetdə çoxdu amma videonu çox ağır yükləyirlər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Web sayt daxili kecid

Saytda təhlükəsizlik

php admin panel

Upload limitini necə artıra bilərəm?

while döngüsündə ilk item-ə class əlavə etmək

saytların qiymətləri