Kindle planşetdə problem.

Salam Kindle touch almışam və bəzi problemlərlə qarşılaşdım. Dil dəyişikliyi etmək olmur? Birdə kitab yükləyirəm .doc .pdf formatında amaki şdoc açımır pdf nidəki nəsə formaatını dəyişmək tələb olunur. Bunun üçün məsləhətli proqram bilirsiniz?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Elvin Hacı (2012-06-02 01:41:42)
Ayrıca şəkil mümkün deyil. Çünki qurğu kitab oxumaq üçündür.

Elvin Hacı (2012-06-02 01:20:18)
Google.com-da axtarın. Day kitab tapmaq və.s. öz işinizdir. Məsələn http://kkoworld.com http://ann.az/az/category/e-kitablar/az%C9%99rbaycan-%C9%99d%C9%99biyyati/ http://ann.az/az/category/e-kitablar/dunya-%C9%99d%C9%99biyyati/

Seymur (2012-06-02 00:55:09)
Kindle touch a şəkil necə yaza bilərəm?

Seymur (2012-06-02 00:45:31)
Türkiyə türkcəsi və Azərbaycan türkcəsində olan kitabları hansı saytdan tapa bilərəm?

Elvin Hacı (2012-06-02 00:22:27)
Başqa dil standart versiyada yoxdur. Ancaq ingiliscədir aparat. Amma istənilən dildə kitab yükləyib oxuya bilərsiniz. Sadəcə istənilən pdf-i götürün, Calibre proqramında Mobi-yə çevirib atın Kindle-a, vəssalam. Məndə də var Kindle, ingilis, rus , Türkiyə türkcəsi, Azərbaycan türkcəsində N qədər kitab var Mobi formatda, hamsı da əla açılır, hərf səhvi olmadan. Calibre-ın sayəsində

Seymur (2012-06-02 00:02:41)
Məndəki kindle touch di. pdf formatı açılır amaki standart ölçüdə deyil. Hərflər ya böyük olur yada kiçik. Mobi formatına çevirəndə isə standart açılır ama şriftlər pis günə qalır. Başqa nə edə bilərəm? Bəs türk dili yazmaq mümkündur?

Elvin Hacı (2012-06-01 15:19:48)
1-ci halda Fire olduqda pdf və doc viewer məncə özündə olmalıdır, yoxdursa da internetdən tapıb yükləyə bilərsiniz(forum.xda-developers.com/ saytından məsələn). 2-ci halda isə doc-dan əlinizi üzün, pdf isə mütləq açmalıdır, amma kiçik şriftlə. Touch-lar üçün ən yaxşı format Mobi-dir. Calibre adlı proqramı buradan yükləyib kompüterə atırsınız, və orada istənilən pdf-i ya digər faylı mobi-yə çevirib atırsınız Kindle-a. Doc-u pdf-ə isə çox yerdə çevirmək olur. docs.google.com, zamzar.com və.s. saytlarda

Elvin Hacı (2012-06-01 14:45:26)
Salam. İlk öncə sualınızdakı yanlışı düzəldərdiniz. Başlıqda Kindle planşeti yazmısınız, yəni bu Kindle Fire deməkdir. Sualda isə Kindle Touch. Bu isə e-ink ekranlı elektron kitabdır. Yəni bu iki cihaz tam fərqli cihazlar. Sizdə hansındandır?