1. Bəzi köhnə ekomon modellərin(məsələn HTC Wildfire) aparat gücü zəifdir deyə onlarda flash yox flash lite dəstəyi var, qalanlarsa flash-ı dəstəkləyir.
2. Bu oyundan asılıdır. Əksər proqram və oyunlar 2.1 və daha yuxarı versiyalarda işləyir. Bəzən isə 2.2 və daha yuxarı.
3. 2.3-də olan bəzi modellər avtomatik yenilənmə təklif edir 4.0-a, bu modeldən asılıdır. Əgər istehsalçı 4.0 təklif etmirsə, siz özünüz internetdən 4.0 yükləyə bilərsiniz öz modeliniz üçün. Demək olar bütün modellər üçün qeyri rəsmi 4.0-lar var internetdə.
4. Java dəstəyi yəni jar run etmək? Onunçün xüsusi emulator var asanlıqla jar-ları açmaq olur.
5. GSMArena-dan istənilən modelin parametrlərinə baxa bilərsiniz. Siz deyən oyunun tələbləri nədir ona uyğun modelləri görə bilərsiz. Belə deyək də Bakı qiymətləri 400dən yuxarı olanların ağır oyun və proqramlarla heç bir problemi olmur.
6. Gorilla glass xüsusi texnologiyadır, ekranın şəffaf örtüyüdür, cızılmaya və zərbəyə qarşı davamlıdır, telefonu təsadüfi cızıqlardan, ləkələrdən, telefon yerə düşdükdə yara biləcək çatlardan və.s. sığortalayır demək olar ki.
7. Mən də Galaxy S3 seçərdim, həm dizaynı çox xoşuma gəlir, həm funksionallığı One X-dan daha zəngindir, çox yenilikləri var, yəqin ki hazırda dünyada ən yaxşı smartfondur. Amma təbii ki One X da ayrıca götürəndə qəşəng smartfondur, hətta bəzi 1-2 detalda S3dən üstündür, bəzilərində də geri qalsa da.
1. səhv etmirəmsə hamısını dəstəkləyir. Hamısı olmasada yenilər sözsüz dəstəkləyir
2. Xeyr olunmur. Ya da belə deyək hər bir oyun zamanı bildirilir nəyi dəstəkləyir nəyi dəstəkləmir
3. Bəli etmək olur.
7. Galaxy S3 dizaynı o qədər də yaxşı olmasada, digər keyfiyyətlərinə görə onu seçərdim
androiddə video çəkərkən səs çıxmır
Android program push notification
htc desire 300 de ringtone problemi
Android telefonuna normadan çox ölçülü kart taxmaq