Windows Server 2003 ƏS-də gündəlik restart əməliyyatı üçün nə edə bilərəm?

Salam. Windows Server 2003 əməliyyat sistemi üçün gündəlik restart əməliyyatı üçün nə edə bilərəm? Gün ərzində 1, 2 və ya 3 dəfə avtomatik restart olunmasını təmin etmək istəyirəm. Bunun üçün hər hansı soft və ya digər yollar varmı? Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

davinci (2012-06-02 15:33:06)
Təşəkkür edirəm

Rovshan Musayev (2012-06-02 14:32:24)
1. restart.bat adlı fayl yarat 2. Qara hərflə yazılanı onun içinə yaz: shutdown -r -f -t 30 (qeyd: -r = söndürmək və ya restart, -f = işləyən proqramlar haqda xəbərdarlıq etməmə, -t 30 = 30 saniyədən sonra yerinə yetirmə) və C diskində restart.bat faylını yadda saxla. 3. Scheduled Tasks adlı proqramı bu yolla aç: Start>All Programs>Accessories>System Tools. 4. Add Scheduled Tasks bas. 5. Browse et və restart.bat faylını C diskindən seç. 6. Next bas və günü və vaxtı özünə uyğun qur. 7. Administrator hüququ olan bir user seç və ona birləşdir. 8.İlk qurmada bütün detalları ilə ola bilsin göstərmədi, etraflı sonradan restart adlı iş yaranacaq onun properties-ne girib orada düzəlişini eda bilərsən

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Telefonda problem var.

Telefon öz özünə restart edir