Bəzi YouTube videolarına telefonla daxil olarkən baxmaq olmur

Salam Youtube-da bəzi videoları mobil telefonla izləmək olmur. Problem yaranır. Videonu izləmək istədikdə belə bir yazı çıxır. Not Available on Mobile. Bu nə ilə əlaqədar ola bilər? Xahiş edirəm, bu haqda mənə məlumat verəsiniz. Sağolun.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

VendeTTA (2012-06-03 14:50:40)
Youtube-da bezi videoların bezen müellif hüquqları meseleleri ve s. sebebden Mobil cihazlar üçün konvert edilmiş variantı heleki bazada olmur. Bir müddet sonra yeniden yoxlayın. Baxmaq olacaq. Orijinal formatı ise her mobil cihaz desteklemir.

Mehman Elxanoglu (2012-06-03 14:23:34)
Mobil telefonunuzun modeli, heç olmasa hansı ƏSdə işlədiyi haqqında məlumat verərdiniz.