Facebook-da reklama nə qədər xərclənir?

Əgər mən facebook-da reklam yerləşdirəndə 30$-lıq ödəniş etmişəmsə, limit bitənə qədər reklamım gedəcək, elə deyilmi? Reklamın parametrlərini aradan dəyişib eləsəm, bəzi reklamlar daxil etsəm, etdiyim 30$ ödənişdən əlavə, kartdan nəsə məbləğ silinirmi? Çünkü ilk reklam yerləşdirəndə məndən kartın dannılarını istədi, amma növbəti əlavə reklam adı yaradanda (gününə 10$ limit) məndən heç nə istənilmədi. Və düşünürəm ki, bütün yaratdığım reklamların hamısı üçün cəmi 30$ limitdən gedir. Bu belədir ya yox?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Elvin Hacı (2012-06-06 10:42:15)
Xeyr, saxtakarlıq deyil, xidmətə qoşularkən bütün qaydalar aydın şəkildə nəzərinizə çatdırılır, oxumadan keçirsinizsə, bu artıq FB-nın günahı deyil. Hər servisin öz qaydası var. Google Adwords həmişə pre-paid, yəni öncədən pulu almaqla işləyirsə, Fb ads-da qayda fərqlidir, post-paid prinsipidir, xərcləndikcə borc yığılır, sonra balansdan çıxılır.

Nuraliyeva (2012-06-06 10:21:39)
Nə pis :-(( Bu uje facebook tərəfindən saxtakarlıqdır!!! Məsələn məim xəbərim yox idi. Hesab edirdim ki, 30 dollar ödəniş etmişəm, vəssəlam. O məbləğ qurtarana qədər reklam edə bilərəm. Sən demə ondan artıq çıxıbmış :-((

Elvin Hacı (2012-06-04 00:20:16)
Salam, kartdan özü avtomatik çıxacaq, odur ki işinizi ehtiyatlı qurun. Günlük limit ayırın və neçə gün davam edəcəyini limitləyin vəssalam. Yoxsa məsələn neçə gün davam edəcəyini təyin etməsəniz kartınızdan daim pul çıxmaqda davam edəcək

Tima Lennon (2012-06-03 21:58:52)
Siz nəyi seçmisiniz hər klikə $0.7 sent (cent) ?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Əlinizdə pul olsaydı nə iş görərdiniz?

Facebookda Friends

Facebook avto like

Kapital bank-Maaş kartı

Payoneer hesabından yerli bank hesabına pul köçürmək

Work and travel üçün nə qədər xərc tələb olunur?