GRUB menunu redaktə etmək haqqında

Salam. Kompüter açılanda gələn GRUB menuda Ubuntu ilə Windowsun yerini necə dəyişə bilərəm? Xahiş edirəm sadə formada yazın P.S GRUB editor işləmədi. + Terminaldan başım çıxmır :)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Rahil Mirzəmmədli (2012-06-05 23:19:11)
Start-up Manager proqramının köməyi ilə GRUB da əsas boot olunacaq ƏS in seçilməsi(dəyişdirilməsi): Əvvəlcə Ubuntuda Terminalı açırıq və bu ifadəni yazırıq "sudo apt-get install startupmanager" . Enter düyməsini sıxdıqdan sonra "yes/no" (y/n) seçimi gəlir və "y" ilə əməliyyatı tamamlayırıq(proqramın yüklənməsi bir qədər vaxt ala bilər). Ardınca *app. search* yəni *axtarış* bölməsində "Start-up manager"i tapırıq. Bundan sonrası çox rahatdır. Sadəcə əsas boot olunacaq ƏS ni, bir də vaxtı seçirik. Mənbə:http://www.howtogeek.com/65974/how-to-easily-change-your-dual-booting-pcs-default-os/

Elvin Hacı (2012-06-05 22:22:08)
Həlli burda paylaşmanız əla olardı, gələcəkdə eyni problemlə rastlaşanlar üçün

Rahil Mirzəmmədli (2012-06-05 21:23:10)
Düzəltdim Terminalla ;) Təşəkkür yenə də :)

Rahil Mirzəmmədli (2012-06-05 20:18:04)
EasyBCD -ni yoxlamışdım. Ancaq VVindovvs 7 ni tanıyır. Ubuntu görünmür.

Namiq Bəndəli (2012-06-05 17:37:54)
EasyBCD proqramı vasitəsilə ƏS seçim menyusunu çox asanlıqla dəyişdirmək olur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Evdə Web Server qurmaq ?

Ubuntu 18.04 Version

Ubuntuda wine proqramı

Ubuntu-da 5.1 səs sistemini nəçə qoşa bilərəm?

Ubuntu giriş şifrəsi qoymaq

Ubuntu 12.04 videokart problemi