Nokia c3-də browserin bərpası

Salam,dostlar. Mənim telefonum Nokia C3-dur. Facebook saytından facebok programını yüklədim.onu işə salandan sonra browser işləmədi-yəni heç bir saytı açmır. Xahiş edirəm mənə browseri bərpa etməkdə köməklik göstərəsiniz.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Elvin Hacı (2012-06-07 13:52:30)
Bəli ola bilər. Ümumən OperaMini-də bu tip problemə rastlamasam belə, sizdə məhz Opera Mini ilə çıxırsa problem, deməli səbəb ya o birbaşa özüdür, ya da telefonun sistemi ilə baş verən hər hansl proxy şəbəkə konflikti

tektonik_boy (2012-06-05 17:32:06)
Mən Opera mini (telefonun öz brovserindəki) ilə girəndə belə olur.Amma sonradan yüklədiyim US brovserlə girəndə belə olmur(y'ni saytlar; acir.amma gec ac;r).Bu problemin sıbəbi də məhz Opera Mini ola bilər?

Namiq Bəndəli (2012-06-05 17:28:14)
Bəli. Bunu etdikdə Telefonun yaddaşındakı nomrələr (zimkartın yaddaşındakılar qalır), mesajlar silinəcək.

tektonik_boy (2012-06-05 17:21:55)
Çox sağ ol, qardaşım.Hamısın eliyim-yəni tam telefonu (şəxsi parametrlərlə birləkdə) fabrik sazlamalarına qaytarım?

Namiq Bəndəli (2012-06-05 17:15:02)
Nizamlamalar menyusundan (Settngs) bütün sazlamaları fabrik sazlamalarına qaytar

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Nokia C3-də Opera Mini`nin silinməsi