VGA problemi

Hər kəsə Salam. Sizdən artıq dərəcədə xaiş edirəm mənə kömək edin. əvvəlcə sistemi yazım : CPU-İntel i7-2600. M/B-MSİ H61M-P21(B3). RAM-2x4GB. PSU-Termaltake 550W VGA-Sparkle GeForce GT 430 (4GB). Probkem odur ki və ya mənə elə gəir ki, Mən Windows XP Professional SP2 x64 yükləyəndə "dxdiag" ilə baxamda tam olaraq 4GB, CPU-Z və Everest programları ilə baxamda da həmçinin göstərir. Ancaq Windows 7 Professional və ya Ulrimate x64 Lisenziyalı versiyalarını yükləyirəm, "dxdiag" ilə 3790MB, CPU-Z ilə 2048MB, Eveeest ilə 4GB göstərir. Bunun səbəbi nə ola bilər sizcə? əsasən "dxdiag" ilə az göstərməsinin səbəbi. Bir də qardaşımın Casper markalı Notebookuna da bu DVDlərdəki Windows 7-ləri yüklədim onda da az göstərdi, belə ki notebooku alanda üstündə Windows 7 Ultimate x64 Beta versiya yüklü gəlmişdi. Öz VGA-sı tam olaraq 1GBdır. RAMdan alaraq cəmi 3072MB göstərirdi. İndi isə 1690MB göstərir. Sizdən artıq dərəcədə xaiş edirəm mənə kömək edin.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Shahin23 (2012-06-12 00:46:20)
Çox sağolun Namiq qardaşım. Neçə vaxt idi ki, narahat isim. Fikirleşirdim ki, yoxsa zəif VGAnı veriblər mənə gsclü adıyla. Yenə də GTX 590 nın yanında heçnəsi, müvəqqəti idarə edək, gələcəkdə inşallah dəyişərik. Yəqin ki bu sistemə GTX590 və ya GTX680 əmələ gələr?

Namiq Bəndəli (2012-06-11 04:47:17)
dediyim kimi, ən dəqiqini bu proqram göstərir. 4GB gostərirsə, deməli elədir ki, var! Məsələn: Mənim kompüterimdə VGA ATİ Radeon Sapphire HD2600 XT - DDR3 512MB-dır. Amma sistem o VGA-ı 3GB kimi göstərir, Gpu-Z isə 512 MB kimi.

Shahin23 (2012-06-06 18:30:26)
Namiq qardas VGA nin sekli de budur. [img]http://endir.net/photo/photos/LGNNQ_9341.jpg[/img] [img]http://endir.net/photo/photos/LGNNQ_9341.jpg[/img][img]http://endir.net/photo/photos/INFQN_9341.jpg[/img]

Shahin23 (2012-06-06 16:56:48)
Salam Namiq qardas, GPU-Z ile baxdim 4GB gosterir. Demeli VGA 4GBliqdi (Temiz VGAnin ozu) ? http://gpuz.techpowerup.com/12/06/06/bsn.png [IMG]http://gpuz.techpowerup.com/12/06/06/bsn.png[/IMG]

Namiq Bəndəli (2012-06-05 17:25:03)
Ümumiyyətlə "dxdiag" videoyaddaşı demək olar ki, çox vaxt səhv göstərir. Bunun üçün ən dəqiq vasitələrdən biri GPU-Z proqramıdır. Onu yüklə və onunla yoxla. O neçə göstərirsə (Lap az da göstərsə) deməli ən dəqiq də odur.

Shahin23 (2012-06-05 09:17:17)
Xeyr. RAM tam göstərir, ancaq VGA isə az göstərir. XP ilə 4GB. asohbət video kartadan gedir qardaşım. Bunun səbəbini öyrənmək isdiyirəm.

Onar Alili (2012-06-05 09:04:41)
Belə başa düşüm ki sizdə RAM və VGA ikisidə əksik göstərir?

Shahin23 (2012-06-05 01:18:55)
Onboard deyəndə materinkanın vgası olmalıdır, məndə olan modeldə isə yoxdur. Ancaq CPUda yəni i7-2600 da var. Ondan ola bilərmi?

Shahin23 (2012-06-05 01:15:45)
Bunun səbəbi nə ola bilər? İlk dəfədir ki belə problem olur.

Shahin23 (2012-06-05 01:14:48)
Qardaş axşamln xeyir. Sizinlə mən də razı, iş odur ki, 64 bitlik əməliyyat sistmidir.

Onar Alili (2012-06-05 01:04:04)
Salam çox vaxt dediyiniz program o vaxt baş verir ki 32bitlik sistem 4gb ram daha az göstərir və 64bite keçendikdən sonra bu problem düzəlməlidir. Video kart problemi isə onboard olan video kartla keçdiyinən ola bilər.məsələn intel HD graphics keçendə 1690mb göstərir ama əlavə qoyulmuş video karta keçəndə ATİ vəya NVİDİA onda tam göstərir.