Windows7 də problem

Salam. Windows7də file: \windows\system32\drivers\oem-drv64.sys 0х0000428 erroru verir və sistem açılmır. istəyirəm ki bu faylı mən internetdən tapıb sistemə yerləşdirim. internetdən nəsə tapmaqda çətinlik çəkirəm. ümumiyyətlə bu cür etməklə sistemi düzəlmək olurmu?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Emil Məmmədli (2012-06-06 23:10:58)
Sizə minnətdaram yoldaşlar. verdiyiniz məsləhətlər işimə yaradı. və mən C:\Windows\System32\drivers\oem-drv64.sys sildikdən sonra F8 ilə girdim açılan menuda Disable Driver signature enforcement seçdim bundan sonra bərpa olunma prosesi başladı. demək sizlərə bir şey deyim. demək bir dəfə sistem açılmırdı. tam dəqiq yadımda deyildi hansı erroru verirdi. demək mən vindovs 7 diski salıb orada olan update ilə sistemi bərpa etdim və açıldı. açılandan sonra gördüm ki sistemin update olunması, firevall bunlar açıqdır. düşünürəm sistemlə bərpa buna görə rahat alındı. sizlərdən bir məsləhət almaq istərdim. əgər mənim sistemim lisenziyalı deyilsə mən update, branmauer(firevvall) açıq saxlaya bilərəm? bu sonra hər hansı problemlərə səbəb olmaz ki? çunki xpdə lisensiyasız sistemləri update və brandmaur hissələr deaktiv edirəm.

Namiq Bəndəli (2012-06-06 19:33:40)
Shift+F10 vasitəsilə komanda sətrini açın, aşağıdakı əmri daxil edib yerinə yetirin. [code]del C:\Windows\System32\drivers\oem-drv64.sys[/code] oem-drv64.sys faylı sistemdən silinəcək. DİQQƏT! Bu fayl silindikdən sonra, sistem açıldıqda aktivləşdirmə tələb edəcək.

VendeTTA (2012-06-06 18:00:42)
oem-drv64.sys Tapmaq yox, eksine silmek lazımdı. Tehlükesiz rejimde aç sistemi, reestrden axtarış ver sil. Windows yoxlamasıdır drayverdə (Digital Signature)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows 7 gec açılması

Linux mint problem

Sistem diskindən programları yükləmək

Windows 7 lokal şəbəkə

sistem bus driverlər

Şəbəkədə problem