Ebayda şikayət

Məndə belə bir problem olub. Satıcı sifarişi göndərib. Üstündəki ünvan da düz olub. Amma belə bir problem olub ki, adımı və soyadımı üstünə yazmıyıb. Ona görə də Azərbaycanda qalandan sonra geri göndəriblər. Mənə poçtda dedilər ki əgər üstündə ad yazılmayibsa sənə verməyə ixtiyarımız yox idi. Nə isə. İndi bunu satıcıya deyirəm. O isə günahını boynuna alıb pulu geri vermək istəmir. Mənə dediyinə görə Paypal-da nə yazılıb onu 'copy&paste' edib. Amma mən Paypal-da 'Transaction Details' baxdım ki, orda adım da var soyadım da. İndi mən bu satıcıdan necə şikayət edib pulumu geri alım? Addım addım yazsanız ela olar. İndidən çox sağ olun.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Mirislam (2012-06-10 15:04:05)
Dediklərim doğrudur. Ona paketin şəkillərini çəkib göndərməyini istədim. O da göndərdi. Paketin üstündə adım yox idi. Bu onun səhvidir. Mən adımı hər hansı yolla silə bilməzdim. Ebayda da eynidi, Paypalda da adres və ad. Resolution Center-ə daxil oluram və belə olur: We're sorry there's a problem with your purchase. You have 45 days after you buy an item to open a case. Unfortunately, the deadline to contact us about a problem with this item was May 03, 2012 Yəni 45 gün keçib. Mən bilmirdim ki, 45 gündü müddət. Bilsəydim üstünə tez düşərdim.

Elvin Hacı (2012-06-10 14:02:50)
Pulu tam geri ala bilərsiniz. Resolution Center-ə daxil olub şikayət edin 1 həftədən sonra pulu qaytaracaqlar əgər dedikləriniz tam doğrudursa təbii ki.

Mirislam (2012-06-09 20:46:38)
Satıcı mənə yalnız pulun bir hissəsini verə biləcəyini deyir. Mənim pulun tam hissəsini almaq şansım var??? Nəzərə alsaq ki artıq şikayət edə bilmirəm.

Mirislam (2012-06-08 17:18:13)
Diyəsən mən pulu geri ala bilmiyəcəm. Çünki ödənişi etdikdən 45 gün ərzində şikayət qəbul olunur. Mən belə başa düşdüm :(

Mirislam (2012-06-08 11:42:50)
NEGATİVE FEEDBACK eliyəndən sonra onu POSİTİVE eləmək olur??? Şikayət forması da olsa yaxşı olar. Bu satıcı hec cürə səhvini boynuna almaq istəmir. Ona görə şikayət etmək istiyirəm

Rahil Mirzəmmədli (2012-06-07 21:15:25)
Buna oxşar hadisə mənim də başıma gəlmişdi, yenə yazım bəlkə köməyi toxundu. Satıcı malı səhv göndərdiyinə görə şikayətsiz filansız NEGATİVE FEEDBACK elədim. Bundan sonra satıcı FEEDBACK i POSİTİVE eləyəcəyim təqdirdə malın pulunu geri qaytarmağı və ya doğru malı yenidən göndərməyi təklif etdi. Mən də sifarişimi yenidən verdim xərcsiz filansız mal gəldi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Auksionda(ebayda) qalib gəldim.Malı almasam olar?

ebayda satıcıya necə müraciət edim .

Ebayda satıcı cavab yazmırsa

ebayda artırmanı geri götürmək.

Ebaydan notbuk almaq olar?

AZBAKA