Store.apple.com-dan Iphone 4S sifariş vermək istəyirəm..

Hamıya salam mən rəsmi saytdan Iphone 4S sifariş vermək istəyirəm.. amma belə bir şey yazır: Choose a network carrier ... bilmirəm hansını seçim zəhmət olmasa kömək olardız... Fotonu aşağıda yerləşdirmişəm.. Birdəki bunun qiyməti 199 $ dı rəsmi saytda .. Bakıda isə 699 AZN .. Ebayda təxminən 550 $ olur.. Qiymətdəki bu qədər fərq nəyə görədi o da maraqlıdı.. Əvvəlcədən təşəkkürlər..

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Elvin Hacı (2012-06-07 13:48:21)
Azərbaycanda da buna oxşar bir şey var, Bakcell də abunəlik şərtilə müxtəlif modellər təqdim edir. Amma sərfəsiz görünür. Baxa bilərsiniz məsələ İphone-a http://www.bakcell.com/az/iphone-4s-16-gb

Elvin Hacı (2012-06-07 13:45:58)
Siz onu heç cür ala bilməzsiniz çünki USA mobil operatoru istifadəçisi deyilsiniz. Alanlar da asanlıqla sata bilməz, çünki azı 1 il istifadə edib operatora abunə pulu və.s. öhdəlikləri olur, ancaq yalandan desələr ki itib, polisə ərizə filan, o halda sata bilər az saydası. Bu da uzun məsələdir. Əgər hər hansı yolla o telefonu əldə edib burada unlocked-ə çevirmək barədə isə bir şey deyə bilmərəm, çünki bu ən azından qanuni iş deyil. Bir sözlə sadəcə qəbul edin ki, 199$-a İphone olmur, İphone istəyirsinizsə, unlocked qiyməti neçəyədirsə o qiymətə almalısınız.

rerra (2012-06-07 12:58:11)
*burada

rerra (2012-06-07 12:52:21)
İndi birada açdırmaq olmaz sonradan??

Elvin Hacı (2012-06-07 12:43:59)
Salam. İphone-un öz qiyməti USA-da da bahadır, Azərbaycandakından 100-150azn ucuz ola bilər, amma saytdakı 199$-dan çox-çox bahadır, arxayın olun. O 199$ locked smartfonların qiymətidir, yəni ancaq USA-da işləyən, ancaq yerli mobil operatorlardan birinin nömrəsi ilə işləyən. Başqa nömrə taxdıqda o artıq işləmir. Mobil operator Apple-la müqavilə bağlayır pul ödəyir deyə Apple bu tip telefonları ucuz satır. Amma müstəqil nömrəli İphone istəsəniz elə USA-nın özündə də bu dərəcədə ucuz olmayacaq dediyim kimi. Siz internetdə bu tip smartfon axtararkən adın önünə mütləq Unlocked sözü yazın. Məsələn ebay-da İphone 4S yox, Unlocked İphone 4S axtarmaq lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Smartphone modelleri haqqinda

Iphone 2G necə unlock edilir?

App Store-da update problemi

Apple.com-dan sifariş

Verizon iPhone (CDMA)

Musiqi Player İPhone 3GS