Facebook reklamları görünməz etmək

Mənim facebook divarıma tez tez reklamlar yerləşdirilir. Məsələn ,,Türkiyədən gətirmişəm gözəl eynəkdir" , ,,özüm sınamışam çox keyfiyyətli dərmandır" və s. bu kimi reklamları silməkdən bezmişəm Bilmək istərdim ki necə etmək olar ki belə reklamlar profilimdə yayaımlanmasın??

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Rahil Mirzəmmədli (2012-06-09 13:30:24)
Bunun üçün "Kimlər sənin zaman xəttinə yaza bilər?" funksiyasını "heç kim"(NO ONE) a keçirmək lazımdır. Bu halda heç bir dostunuz divarınıza yaza bilməyəcək. Bununla razısınızsa Əvvəlcə yuxarıda sağ küncdə olan "aşağı" oxuna vurduqda açılan menuda "Məxfilik Tənzimləmələri" ni seçin . "Timeline and Tagging" in önündə olan "parametrləri dəyiş"ə çıqqıldadın. Açılan pəncərədə "Kimlər sənin zaman xəttinə yaza bilər?" "dostlar" dan "No one" a dəyişin və "done" a vurun.