Virtual maşın

Virtual maşın yükləmək istəyirəm.Ancaq məndə əməliyyat sistemi WINDOWS 7-dir. İndi bilmirəm ki, virtual maşın mənim sistemim götürər, ya yox. Virtual maşın üçün lazım olanlar nədir(Yəni disk yeri, ram və s.)? Xahiç edirəm, kömək edəsiniz. Əvvəlcədən təşəkkürlərimi bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Fiko (2012-06-09 15:51:02)
Pusk-dan Vipolnit bölməsinə daxil olun ora dxdiag yazın Ok edin onda sistem barədə hər cür məlumatı ala bilərsiz

Fiko (2012-06-09 15:48:09)
təşəkkür edirəm məlumat üçün qaqaş ama bu əlavə 2-ci sistemi necə yaradırlar kompyuterdə onuda ətrafli olaraq deyərdizdə zəhmət deyilsə məndə belə eləmək istərdim ram 4 Ə.S Windows 7

Adil Abdurrazakli (2012-06-09 15:38:30)
sistem melumatlarini nece oyrene bilerem(ram və b.-nı)

Emil Məmmədli (2012-06-09 15:34:04)
sadə dildə desək məsələn sizin sistem windowsdur və siz linux sistemini öyrənmək istəyirsiniz. bunun üçün bir də d diskinə 2ci sistemi yazmırsınız elə virtual maşın vasitəsilə öz sisteminizdə başqa sistem yaradırsınız.

Fiko (2012-06-09 15:24:36)
Bu virtual maşın nə üçündü ki dostlar başa sala bilərsiz məni bilmək istərdim

Onar Alili (2012-06-09 15:22:11)
Salam Sizə məsləhətim VirtualBox`dur,VirtualBox ev istifadəçisi üçün ən yaxşılarındadır.Aşağdakı linkdən yükləyə bilərsiz.Digər programlara nəzərən həcmi azdır və sistem daha az işlədir və PULSUZ`dur. Link

Emil Məmmədli (2012-06-09 14:56:47)
2 məhşur proqram var. vmware workstation və virtual box. ikisidə yaxşıdır. yaxşı olar ki, ramın heç olmasa 4gb olsun artıq olsa lap yaxşı. çunki məndə 3gb idi çox əziyyət çəkirdim indi 6gb etmişəm. rahat işləyir. c diskidə 100gbdan çox olsa pis olmaz. sistemin windows 7 olması virtual maşın üçün lap yaxşıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Virtual maşını yükləyə bilmirəm

Oracle VM error

Virtual maşını necə yükləyim