Printer səhv çap edir.

Salam. Deməli, mən HP printeri istifadə edirəm. Printer səhifənin kənarlarını düz çap etmir. Məsələn, mən səhifənin aşağısının ölçüsünü 2,5 sm kimi müəyyən edirəm, lakin printer 4 sm çap edir. Xahiş edirəm mənə kömək edin. Əvvəlcədən sağ olun.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Orkhan91 (2012-06-12 20:58:53)
Bəli, mən də Word sənədidir. PDF formatına çevirdim, amma yenə də səhifənin kənarları mənim müəyyən etdiyim ölçüdə olmadı.

Mehman Elxanoglu (2012-06-12 08:15:16)
Eyni problemə mən də tez-tez rast gəlmişəm, adətən bu cür hallar (ölçülərin qarışdırılması, nöqtədən sonra qoyulan boşluğun çap edilməməsi, yığılmış düsturun orta olduğunu görə-görə qeyri mütənasib çap edilməsi, cədvəlin səhifəyə yerləşdiyinə əmin olduğun halda onun səhifələr arası bölünməsi, bəzən abzasların yığışdırılması, sürüşdürülmə və s.) Word sənədinin çapı zamanı baş verib. Çıxış yolu kimi həmin sənədi *.PDF kimi saxlayıb, məhz *.PDF faylını çap etməkdə görmüşəm və adı çəkilən problemlərin heç biri olmamışdır. Əgər Word sənədidirsə, dediyimi edib, yoxla gör yenə də eyni problemlərlə üzləşəcəksənmi?!

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Printerin rəngi

Epson tx650 şəkil üçün Kağız növü

katric boyasi

Printer haqqında məlumat toplamaq

Printer almaq istəyirəm

HP printerləri