Facebook-da mənim adımdan dostlara reklam gedir

Salam mən artıq neçə gündüki bezmişəm bu facebookda olan problemlərdən mənim adimdan dostlarıma reklamlar gedir, nə bilim boş-boş statuslar gedir elə bil təmiz mənim adımdan istifadə olunur burda 1-2 deyilənləri elədim yəniki ayarlardan uygulamalara daxil olub x eləmək onu eliyirəm yenidən qayıdır hamısı bu nədən olur belə kömək eliyin mənə xahiş edirəm

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Elvin Hacı (2012-06-13 17:42:09)
Sadalanan hallardan savayı bir şey ola bilməz. Hər halda nəyisə nəzərdən qaçırırsınız. https://www.facebook.com/settings?tab=applications bir də diqqətlə baxın. Antivirusu yeniləyin.

Fiko (2012-06-12 01:50:31)
necə brauzerə virus bulaşıb məndə axı kompyuterdə antivirus var qaqaş mən operayla edirəm bunu bayaqlarıda öz hesab parolumu dəyişdim yenə eyni problem oldu

Elvin Hacı (2012-06-12 01:28:42)
Bu sual əvvəl verilib və sadə həlli var. Girin https://www.facebook.com/settings?tab=applications bu ünvana tanımadığınız bütün app-ları silin. Əgər yenə peyda olursa dediyiniz kimi, o halda parolunuzu, emailinizin parolunu dəyişin, kompüteriniz üçün antivirusu yoxlayın, tam mümkündür ki brauzeriniz hansısa virusa bulaşıb

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

facebook şifrə bərpası

Facebook Games.

Facebook dostluq öz özünə silinib

Facebook reklamları

Facebook-da ölkəni bloka salmaq

Facebook-da ismarış müəllifi ilə bağlı problem