Problem üçün optimal həll lazımdır

Salam, AutoCADda müəyyən bir ərazinin layihəsi var və həmin layihələr xırda-xırda trapeslərə bölünüb. Müəyyən vaxt ərzində (1-5 gündən bir) bu xırda trapeslərdən müəyyənləri satılır, müəyyən biriləri isə satılmaq üzrədir (sənədləşmə gedir). Serverdə oturan adam istifadəçilərə ərazi haqqında tam məlumat (trapes satılıb, satılır, yoxsa hələ satılmayıb) verməlidir. Necə etmək olar ki, serverdə oturan *.dwg faylını (trapeslərin satılma statusunu) redaktə edə bilsin, istifadəçilər isə yalnız məlumat alsınlar, heç nəyi redaktə edə bilməsinlər? Makros filan işimə yaraya bilərmi?! Məsləhətləriniz...

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Cəmşid Naxçıvanski (2012-06-18 01:02:33)
Salam. Bunun üçün hər hansı bir sayt və ya client-server proqram hazırlanıb?