Rus dilində termin – “по умолчанию”

salam kitablarda ən çox rast gəldiyim söz "по умолчанию" bilmirəm necə tərcümə edimsə.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

happy... (2012-06-17 12:37:29)
tesekkur edirem bes "аргументы по умолчанию" nə mənadadır ?

ahmed (2012-06-17 07:51:15)
Susmaya görə demək olar ki, qəbul olunub. Amma elə yerlər var ki, susmaya görə istifadə edəndə cümlə yaxşı səslənmir. Bu yaxınlarda yeni söz varsayılan sözü ilə tanış oldum. Məncə bu söz daha münasibdir. Tədriclə bu sözə keçilməsinin tərəfdarıyam.

happy... (2012-06-17 01:30:18)
tesekkur edirem komek etdiz mene

Tarlan Umudov (2012-06-16 20:40:05)
Buradan geniş məlumat əldə edə bilərsiz

Elvin Hacı (2012-06-16 20:36:43)
Bu söz dilimizə 20 ildən artıqdır ki, susmaya görə və ya susma prinsipinə görə tərcümə olunub və işlədilir. Düzdür demək olar ki, tam uyğun deyil, mənasız səslənir və.s., amma bu artıq qəbul edilib və işlədilir kütləvi formada.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Termin tərcüməsi – init

Kompüter terminləri

“Mask” sözünün tərcüməsi

Bəzi İT terminlərin tərcüməsi 4

termin tərcüməsi

Accessibility (Erişilebilirlik) termini bizim dilə necə tərcümə edim?