Windows 8 məsləhətlidir?

Windows 8 sistemi məsləhətli olar yazım kompa?

Verilmiş cavablar və yazılan şərhlər (20 cavab var)

Xaliq Babayev (2012-06-20 13:33:52)
win serverler)

Xaliq Babayev (2012-06-20 13:33:30)
Elvin bes min serverler nece isliyir?

Tarlan Umud (2012-06-19 21:36:30)
Ubuntu ilə Windows arasında fərq qoymamaq mümkün deyil. Sadəcə öyrəşmək üçün bir az zaman və səbr lazım. Fərqi özünüz görəcəksiz. Mən də yüklədim Ubuntu, bir müddət işlətdim amma sonra yenidən qayıtdım Wine amma qısa zaman ərzində Ubuntunun rahatlıqını gördüm. Sadəcə öyrəşmək üçün bir az zaman lazımdır vaxt sərf edib öyrənmək üçün.

Elvin Hacı (2012-06-19 21:17:47)
Bu haqda çox danışılıb. Təkcə Ubuntu yox, digər Linux ailə üzvləri də hər biri Vindovzla müqayisədə qeyri adi sistemlərdir. Cavablar.net-də ubuntu tag-ini axtarıb 10larla maraqlı izahlı cavablar oxuya bilərsiniz. Yuxarıda Vindovza aid yazdığım çox ciddi mənfilərin heç biri Ubuntuda yoxdur, üstəlik daha çevikdir, daha stabildir(təsəvvür edin ki illərlə komopüteri söndürmədən işlətmək olur, Vindovzda isə bu mümkün deyil) və.s.

Elvin Hacı (2012-06-19 20:57:47)
Pis yerdən yaxşı yerə köç etmək hər adamın bacaracağı iş deyil. Çünki köç zamanı yeni mühitə uyğunlaşmaq hər şeyə təzədən başlamaq məsələləri var. Əksər adamlar bu çətinlikləri adlayıb yaxşıya qovuşmaqdansa öyrəşdiyi ona doğma gələn bərbad yerdə qalmağa üstünlük verir.

Xaliq Babayev (2012-06-19 20:52:00)
Ubuntuda qeyri adi ne gordun ki kecdin ona?Men max 1 hefte islede bildim, sora tezden qayitdim wine.

Elvin Hacı (2012-06-19 11:51:24)
Deyəsən Windows 98. Sonra XP, artıq Windows 7-də səbrim tükəndi, demək olar işlətmədim, bir neçə həftə çəkdi, anladım ki illərdir özümü qocaldırmışam bu zay sistemləri işlətməklə. Eyni problemlər, insanın səbrini daşıran xətalar, tutulmalar, virus, format, crack, keygen, antivirus, bluescreen, not responding və.s. kimi zəhlətökən anlayışlar...

Xaliq Babayev (2012-06-19 11:40:17)
Elvin ilkdefe komputer istifade eliyemde hansi os istifade elemisen?

Elvin Hacı (2012-06-17 00:25:11)
Təbii ki. Linux xoşlamayanlar, oyun həvəskarları və.s. üçün də Mac var. Windows isə OS aləmi üçün ləkə və nəhəng zibilxanadır :)

Xaliq Babayev (2012-06-16 23:54:37)
Elvin, yeqin ubuntu isledirsen 100% :)

Xaliq Babayev (2012-06-16 23:54:03)
Elbettde yoxdu.sadece 8i yoxlamaq istiyirem.interfeys xosuma geldi.))

Elvin Hacı (2012-06-16 20:37:41)
Windows layihəsi özü elə bir böyük qüsurdur :)

happy... (2012-06-16 16:39:09)
mence windows 7 -də heç bir qüsur yoxdur

Xaliq Babayev (2012-06-16 15:18:59)
cox sagolun.)

Onar Alili (2012-06-16 14:33:27)
Əlbəttdə qurun test edin özünüz üçün.əminəm xoşunuza gələcək.

Xaliq Babayev (2012-06-16 14:11:08)
kompumda problem var onsuzda format elemeliyiem.fikirlesirem ki birinci win8 yazim biraz qurddaliyim sora win7 yazaram ))

Onar Alili (2012-06-16 13:48:37)
Salam Mənimdə tanışlar var işlədir.normal işləyir,sonuncu versiya daha yaxşıdır həmdə açılış sürəti xeyli irəlləmə var.bəzi programlar problem edir məsələn antiviruslar ama kaspersky normal işləyir.

Rahil Mirzəmmədli (2012-06-16 13:35:59)
Mənim fikrimcə normal,stabil işləyən Wondows 7 ni tərk edib tam hazır olmayan Wondows 8 ə keçmək hələki yaxşı deyil.

Xaliq Babayev (2012-06-16 13:26:42)
cox sagolun.nezer yetirdim.ama menim tanisim yazib rahat isledir.ona gore maraqlandim ki gorum ne meslehet gorursuz.Deyir rshstdi ama oyresmek lazimdi.

Rahil Mirzəmmədli (2012-06-16 12:31:30)
Sizin öz kompüterinizə yazmaq istıdiyiniz windows 8 tam yox "beta" versiyadır. Məsləhət deyil. Bu sual və cavablara nəzər yetirsəniz yaxşı olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Menİm notebookuma windows 8 olar?

Windows 8də bütün şəbəkədə olan printerlər avtomatik Printers and devices bölümündə görünür

0 Duymesi işləmir (Windows 8)

Windows 8-də format atmaq

Windows 8

Windows 8 qara ekran