Apple Macbook Pro,Toshiba Satelite yoxsa Sony Vaio?

Salam. Apple Macbook Pro,Toshiba Satelite və Sony Vaio bu notebooklardan hansı daha məsləhətlidir? və nəyə görə? Cavablarınız çox maraqlıdı indidən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

ferid1990 (2012-07-06 13:06:19)
hp pavilion g6 əladır 2 ildir işlədirəm nəinki təmir heç üindoüs da yazmamışam qızma problemi də yoxdur

Alehandro Morfeo (2012-06-18 11:07:34)
Dell İnspiron və Toshiba Satelite hələki öndədilər )

Cəmşid Naxçıvanski (2012-06-18 00:11:24)
Salam. Bu 3 marka arasından Sony Vaio almağınız məsləhətdir. Mən ilk Vaio-nu 2006-cı ildə da almışdım, daha sonra 2 il əvvəl yene Vaio aldım. Hər iki laptop hələ də heç bir problemsiz işləyir. MacBook-u Machintosh sistemi istifadə etməyəcəksinizsə almağa gərək yoxdur. Ona Windows yazmaq mümkün olsa da, işləyən zaman klavyaturanın narahat olduğunu görəcəksiniz. Başqa bir model olaraq bu yaxınlarda maraqlandığım, keyfiyyət-qiymət nisbəti çox uyğun olan model olaraq Dell İnspiron N5110 seriyasını məsləhət görə bilərəm. Bu modellər FreeDos sistemi ilə satışa çıxarıldıqlarına görə ucuz başa gəlirlər, amma Bakıdakı satış mərkəzində Windows və gərəkli bir çox proqramlar yüklənmiş olaraq satılırlar.

Elvin Hacı (2012-06-17 20:33:08)
Ümumiyyətlə Dubaydan almaq mənada demədim, elə kompüterlər olur ki onları birbaşa Çində və ya Dubayda "levıy" yığıb gətirib satırlar. Dubayda satılan qanuni kompüterlə birbaşa US-dən gətirilən kompüterin fərqi barədə isə düzü bir şey deyə bilmərəm, məlumatlı deyiləm, hər halda çox güman ki birbaşa US-dən gətirilən daha keyfiyyətli olar. Çünki regionlara uyğun olaraq fərqli zavodlarda yığılır, avadanlıqlarda da fərqlər ola bilər.

Tarlan Umudov (2012-06-17 20:13:10)
HP məsləhət deyil. Video kartlarında çoxsunda problem olur. Tez qızır. Azərbaycandan alacaqsansa sıralanmaya görə DELL-TOSHİBA-ACER.

Onar Alili (2012-06-17 19:59:46)
var mən HP pavilion dv6 3035er.Biraz qızır ama belə problem olmayıb 1ildən çoxdur işlədirəm.

Alehandro Morfeo (2012-06-17 19:54:43)
Bütün yazılanları diqqətlə oxuyuram.Cavablarınızçün təşəkkürlər. Elvin bəlkədə düz deyirsən sən ama məndə biraz işlətmişəm nəsə gözumdən düşdüsə onu işlətmək heç ürəyimcə olmur). Mən Windows işlədirəm onunçün Apple yə uyğunlaşmaq çətin olacaq.HP Pavilon işlədən var? o necədi görəsən.

Onar Alili (2012-06-17 19:38:54)
Asus çox keyfiyyətli,performanslı notebooklar buraxır.5-6 tanışım var işledir hətta biri bu yaxınlarda Asus ZendBook aldı maraqlan səndə əladır.Toshiba və Acer heç baxma deyərdim.Mac və Sony arasında seçim et.Mac`larda windows olmur bunu diqqətə al.Əgər windows istifadə edirsənsə Sony al,sən Asus modelleri ilədə maraqlan.

Menlardo (2012-06-17 18:11:49)
Elvin Hacı-nın sözündə həqiqət var, mən də noutbuk almaq istəyəndə statistika ilə maraqlandım, ən az problem çıxan Markalarda birinci yerdə ASUS idi, həm də ona görə ASUS almağa qərar vermişəm, lakin maraqlıdır niyə görə Dubaydan gələn noutbuklar yaxşı deyil ? Bizim dükanlar ordan alıb satışa qoymurlar ki ? Ucuz olduğuna görə mənim də fikrim var idi ki, ordan alım.Bilmək olar siz ASUS-u hardan almısız ?

Elvin Hacı (2012-06-17 16:22:32)
Alehandro kimsə işlədə bilmirsə və ya Dubay sborkası alırsa bu onun problemidir, istər aparat keyfiyyəti, istərsə də istifadəçi məmnuniyyəti baxımından Asus dünya lideridir. Mən özüm Asus işlətmirəm, Acer işlədirəm, sadəcə faktları deyirəm. Görünüş baxımından isə Asus çox gözəldir. http://usa.asus.com/Notebooks/ baxın burda menyunu gəzin, görün nə cür görünüşlü notebooklar var. Toshibaya gəldikdə isə 2 il işlətmişəm, əla markadır, keyfiyyətinə də söz yox.

Tarlan Umudov (2012-06-17 15:49:46)
Alehandro Mrofeo ilə raziyam, Asusun reytinqinin belə yüksək olmasını hələ də anlamıram. Hələ Asus işlədənlərdən müsbət bir fikir eşitməmişəm. Asus işlədən tanıdıqlarımın hələ heç biri razı qalmayınlar, hər dəfə nə isə problemləri olur. Toshiba, DELL və ACER bunların üçü əjdahadır.

Alehandro Morfeo (2012-06-17 15:43:37)
Elvin Hacı Asus işledənlər var evdə heçdə razı deyillər həm görunuş baxımından həmdə işləm baxımından.

Alehandro Morfeo (2012-06-17 15:42:13)
Çox sagolun dolğun cavablara görə. Mənədə çox vaxt Toshibanı tərifliyiblər. Görək başqaları nə deyir :)

aydincik (2012-06-17 15:38:46)
məndə satellite işlədmişəm amma indi dell inspiron işlədirəm dell daha yaxşıdır toshibanin adı yüksəkdir məncə daha məsləhətlisi dell inspiron du

Elvin Hacı (2012-06-17 15:07:45)
Sırf aparat olaraq keyfiyyətli məhsul istəyirsinizsə, Asus alın, digərləri ondan geri qalır, o cümlədən də Mac. Mac-ı bir səbəbə görə ala bilərsiz, o da Vindovs yox, Mac sistemi işlətmək istəsəniz. Digər hallarda Mac almaq mənasızdır, çünki çox bahadır. Ümumi ad kimi götürdükdə isə həm satellite-lar, həm Vaio-lar çox populyar seriyalardır. Konkret model soruşsanız daha uyğun olar məncə, nə çox Satellite.

Tarlan Umudov (2012-06-17 14:51:00)
Salam. Əlbətdəki Apple nömrə 1-dir, əyər Mac işlətməyi bacarırsızsa və qiyməti sizi qane edirsə. Toshiba də çox gözəl markadır, mən də Toshiba Sattelite işlədirəm. Amma Sony barəsində hələki mübət fikir eşitməmişəm, bəlkə də bizim bazarda məsləhətli Sony markası tapmaq çətindir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazon.com-dan Azerbaycana catma

macbook air m1 ?

Macbook üçün 36% ödəniş etməliyəm?

MacBook PRO və AİR fərqi , üstünlükləri.

Apple Macbook Sifariş və ya nağd

Amazon’dan Apple Macbook Pro Retina