Ebaydan 10 düymlük Tab almaq

Salam. Bele bir problem var göndərilmə ilə bağlı. eBay-dan bir mal almaq istəyirəm hansi ki , 10 dyümlük Tab-di qiymətidə təbii 200$-dan bahadı. Bu bağlama ölçüsünə görə gömrüydə saxlanılacaq ? Birdəki, malın dəyəri bağlamanın üstündə yazılır yoxsa, qiymətlər ayri yerdə olur ?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Javidan Quliyev (2012-06-18 14:11:37)
Mən əvvəldə satıcıya təklif etdim ki, malın qiymətin aşaqı yazsın. Amma qorxur ki, mal itə bilər bəs edə bilmərəm . Bir sözlə yola gətirə bilməmişəm hələ də.

Cəmşid Naxçıvanski (2012-06-18 00:22:13)
Normalda bağlamanın üzərində malın qiyməti yazılmır, "Gift", "Computer Accessories" kimi sözlər yazılır. Deyilənə görə Gömrük bir adresə qısa zaman periodunda çox sayda mal sifarişi gəldikdə saxlaya bilir. Mən indiyə qədər bir çox sifariş versəmdə(200$-dan yuxarı qiymətlər də olub), saxlama problemi olmayıb.

Cabbarov Sübhan (2012-06-17 23:27:33)
Saxlama ehtimalı 20% var. Ancaq siz satıcı ilə əlaqə saxlayıb deyə bilərsizki paketin üstünə aşağı məbləğ yazsın. Mən özüm 7 inclik tablet gətirmişəm 280 dollarlıq, heç bir problem olmayıb.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay auksion

Ebay -den 590 $ sifarisi getizdire bilerem mi?

Ebayda adreslə bağlı sual.

Ebay GTX960 almaq

PayPal nə üçün lazımdır?

Poçt indeksi