Ebaydan planşet almaq istəyirəm.

Hər kəsə salam! Mən ebaydan 250-300$ aralığında planşet almaq istəyirəm. Bakıda baha olan planşetlər ebayda ucuzdur. Fikrimdə 3 planşet var. Blackberry Playbook, HTC Flyer, HP Touchpad. Bunlardan birini almaq istəyriəm, amma bir az qorxuram. Sizcə bu ebaya etibar etmək olar? Sizlərdən kimsə ebaydan planşet alıb? Sağ salamat gəlib çıxır? Xahş edirəm, mənə kömək edin. Sizin dəyərli fikirləriniz mənə lazımdır. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

isiqaqa (2012-07-04 11:36:19)
Qardaş, zəhmət deyilsə bu planşetin adını da yazardında. Bunun adı səhv etmirəmsə Ainol Novo 7-dir. Düzdü?

anar708 (2012-07-03 16:56:38)
mende ebaydan planwet getirmisem..satiram istesen zeng ele 055-583-8800 Android 4.0.3,,,,,,,cpu dual core 1.5 ghz,,,yaddaw 16 gb,,,ekran LG IPS orijinal ekran,,,gpu dual core mali400,,,hdmi cixiwi herweyi var..qiymet 250 manata...tezedi qabinda

isiqaqa (2012-06-19 11:19:53)
ok məlumatlara görə çox sağ olun. Bağışlayın sizi də sullarımla barahat etdim. Məni bir şey də maraqlandırır. Bu ebayda satıcı ilə danışsam, qiymətlərdə təkcə mənim üçün dəyişiklik edə bilər? Məsələn, ondan xahiş etsəmki, malın qiymətini bir az aşağı salsın və ya çatdırılma qiymətinini aşağı salsın, auksionun başlanğıc qiymətini aşağı qoysun. Bunun kimi şeylər var ebayda? Sizlərdən kimsə belə şey edib?

Elvin Hacı (2012-06-19 10:44:18)
Tuta bilərlər və heç kim bundan sığortalanmayıb, çünki 200$-dan yuxarı olduqda tutula bilər. Sadəcə mən rast gəldiklərimdə tutulmayıb. Amma bu o demək deyil ki, əminliklə deyə bilərik ki, rüsum tutulmur, xeyr.

isiqaqa (2012-06-19 10:31:47)
Aaa, doğurdan deyirsiniz? Yəni 500 AZN-lik belə planşet aldıqda belə rüsum tutmurlar?

Elvin Hacı (2012-06-19 09:24:45)
200$-dan yuxarıya ƏDV+rüsum 36% tutulur. Çoxdur bəli. Amma bu o demək deyil ki mütləq tutulacaq. Planşet və smartfon alan dostlarda, özümdə indiyədək rüsum tutulmayıb, qiymət hətta 500azn-i keçsə də. Nədənsə sağolsunlar bu tip device-ları buraxırlar, amma laptop, tv bu kimi iri əşyaları mütləq saxlayırlar.

Tarlan Umud (2012-06-19 02:29:21)
Bəli, 200$adək pulsuzdur, ondan yuxarıya rüsum tutulur.

isiqaqa (2012-06-19 00:52:35)
Məlumatlara görə çox sağ olun. Hər şey aydındır. Bəs birdə bir sualımda olacaq. Bu əgər mən planşeti gətizdirsəm Bakıdakı gömrükdə problem çıxmazki? Onlara nəsə rüsum verməliyəm? Əgər rüsum tələb olunursa nə qədər?

Tarlan Umud (2012-06-19 00:37:47)
Digərləri ilə müqayisədə xeyr :)

isiqaqa (2012-06-19 00:03:14)
Yox, o mənada demirəm. Mənə əsas proqram və oyun bazasının zənginliyi maraqlıdır. Ümumiyyətlə, balckberrt-də proqram və oyun bazası zəngindir?

Tarlan Umud (2012-06-18 23:26:00)
Xeyr. Blackberry nə Android, nə Mac, nə də Windows ilə rəqabət apara biləcək səviyyədə deyil :). Amma planşetini işlətməmişəm, ona görə bu barədə nə mənfi nə də müsbət bir fikir söyləyə bilmərəm.

isiqaqa (2012-06-18 23:22:00)
Məlumatlar üçün çox sağ olun. İpad3 və Samsung Galaxy Tab bir az baha olduqları üçün adlarını çəkmədim əlbət :D Htc Flyer mənim də xoşuma gəlir. Amma bir az bahadır Balckberry-dən. Ola bilər ki, birdən maddi durum cəhətdən fikrimi dəyişib Blackberry Playbook alam. Səhv etmirəmsə, playbookun ƏS-i başqadır. Android deyil. Bu planşet məsləhətlidirmi? App bazası genişdirmi? Maraqlı oyunlar və proqramlar mövcuddur? Yəni Android ilə mübarizə apara biləcək gücdədirmi?

Tarlan Umud (2012-06-18 22:51:27)
Salam. E-baydan təhlükəsiz mal almaq olar, daha yaxşı olardı ki, əvvəlcə seller ilə danişasız sonra. Və ən əsası çalışın top rated mal olsun. Bu halda daha təhlükəsiz olur malların satışı. Adlarını çəkdiyiniz planşetlərdən HTC Flyeri məsləhət bilərdim, adlarını çəkmədiyiniz isə iPad 3Samsung Galaxy Tab məsləhət görürəm.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ebayda aksiyada qiymət qoydum onu almalıyam?

Ebaydan maşın almaq

ebayda gəlməyən mal

Ebaydan bıçaq almaq

satıcıya necə mesaj yazım?

ebay və paypal hesabi bağlamaq