Notebookum tez-tez donur

Notebook acer 5230. təxminən 3 ildi işlədirəm. hardasa son 4-5ayda donmağa başlayıb. virus olduğunu düşünmürəm. çünki antivirus var. ubuntu yükləyib işlətməyə çalışdım, amma daha da ləng işlədi. məcburən windows-a qayıtdım. səbəb nə ola bilər? aradan qaldırmaq üçün nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Elvin Hacı (2012-06-27 09:54:24)
Do format. It is Windows :)

Efsane (2012-06-24 10:18:48)
onu etdim. o qədər şey çıxdı ki, wscntfy.exe, alg.exe, taskmgr.exe, daha sonra bir neçə dənə chrome.exe, svchost.exe və s. neynəməliyəm?

Elvin Hacı (2012-06-22 23:40:51)
Bu o deməkdir ki hazırda Google Chrome çalışır. Mən onu demirəm, sən processes tabına keç orda çoxlu proses adları görəcəksən. Sən proqram tabına baxıb Chrome-ı görmüsən, elə həmin pəncərədə Processes tabı da var. Ora girib yaddaşa görə sıralamaq lazımdır prosesləri görmək lazımdır ki hansı daha çox yeyir

Efsane (2012-06-22 22:51:57)
Tural, disklərin dolmadığına əminəm. temp-i etdim ve system32\inetsrv çıxdı. system32 ilə ehtiyatlı olmağa çalışdığım üçün hələ silmədim, rahat silə bilərəm? Prefetch-in içində də nə var idisə sildim. bircə o sistemi antivirusla necı scan etmək lazımdır bilmədim. Elvin, ctrl+alt+delete etdim ve açılan pəncərədə google chrome göstərdi. bu nə deməkdir ki?

Elvin Hacı (2012-06-19 22:57:13)
1.Antivirusun olması virusun olmaması demək deyil. Bəlkə də var. 2. ctrl+alt+delete ilə process-lərə baxın görün ən çox meqabayt resurs yeyən proqram hansıdır?

Tural Əlisoy (2012-06-18 22:14:30)
Disklər dolmayıbdır? Yəni C və D diski. Əsasəndə C diski? Yeri gəlmişkən Start panelindən axtarış bölümünə %temp% yazaraq axtarın və o qovluğun içindəkilərini təmizləyin. SOnra C:\Windows\Prefetch qovluğunun içərisini də bir təmizləyib yoxlayın görün nə göstərir. Sisteminizi antivirusla scan edib təmizləməyi də yoxlayın və nəticələri yazın görək :)