Skype parol səhvi

Salam mən skype bu girmişdim çıxdım və 1-2 saatdan sonra gəlib girmək istədim girmədi o nədən ola bilər və yazır ki parol və ya login səhvdir!!

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

Tarlan Umud (2012-06-19 13:59:54)
Belə bir şey yoxdursa o zaman yeni hesab açmaq məcburiyyətindəsiz.

Aliyev Ceyhun (2012-06-19 13:47:35)
email ünvanımı yazıram deyir ki sistemdə belə bir şey yoxdur!!!

Tarlan Umud (2012-06-19 12:56:18)
Daxil olun bura və parolunuzu bərpa edin.

Aliyev Ceyhun (2012-06-19 12:35:25)
Emali yaziram gedir o birisi skype hesabıma yazilir,,

Elvin Hacı (2012-06-19 11:03:16)
Forgot password bölməsi ilə emailiniz vasitəsilə parolunuzu niyə bərpa edə bilmirsiniz ki? Saytlarına daxil olub əlaqə bölməsindən yaza bilərsiniz. Amma onlar da eyni şeyi təklif edəcəklər. Ki emaillə bərpa edin.

Aliyev Ceyhun (2012-06-19 10:57:34)
Skype Adminə məktub yazmaq olar??

Elvin Hacı (2012-06-19 10:45:40)
Onda yəqin ki, parolunuz dəyişdirilib. Kim dəyişib, onu deyə bilmərik təbii ki.

Aliyev Ceyhun (2012-06-19 09:48:13)
Bütün nə var hamısını yoxlamışam alınmır!!!

Elvin Hacı (2012-06-19 09:31:26)
Salam. ctrl+alt+delete ilə task managerə baxın ola bilər 2 dənə skype prosessi run olur, bu bug-dır skype-da bəzən olur, və belə halda bu dediyiniz səhv verir. Bu taskları kill edib yenidən skype açın, ya da çətinlik olsa kompüteri restart edin birdəfəlik.

Tarlan Umud (2012-06-18 21:09:10)
Ola bilsin hansısa düymə aktivdir, kompyuterə restart verin yenidən yoxlayın.

Aliyev Ceyhun (2012-06-18 21:03:40)
Klavyaturanın yuxarı hissəsində olan rəqəmlərdən yazıram

Tarlan Umud (2012-06-18 20:42:17)
Maraqlıdır. Num Lock dan yazırsızsa, Num Lock düyməsinin aktiv olmasına diqqət yetirin.

Aliyev Ceyhun (2012-06-18 20:19:25)
yox parolu hərflə yox rəqəmlədir!!

Onar Alili (2012-06-18 19:22:31)
Salam Bəlkə ingilis hərfləri ilə deyil Azərbaycan ya Rus dili ilə yazırsız şifrəni. Burdan şifrənizi və ya istifadəçi adınızı yeniləyin