Delicious Sosial Şəbəkəsi haqqında məlumat

Salam. Delicious Sosial Şəbəkəsi haqqıda məlumat verin zəhmət olmasa , yəni ki , burda dost siyahısı necə olur? , Status paylaşmaq olur? və necə edə bilərəm ki , delicious profilimdəki , hər-hansısa yazılarım facebook profilimə də düşsün yəni ki , facebook profilimdə də paylaşılsın?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Ilkin Alizadeh (2012-06-21 15:43:13)
Bunu etmək üçün Mən ifttt.com saytında qeydiyyatdan keçməliyəm? Bilirsiz nəyə görə son etapda yazıldı ki , Username Email Password Confirm Password

Ilkin Alizadeh (2012-06-21 11:49:50)
Çox sağ olun.

Elvin Hacı (2012-06-19 22:53:32)
Salam. Delicious siz deyən mənada sosial şəbəkə deyil. Fərqli bir servisdir. Delicious bookmark servisidir, hansı ki siz internetdə faydalı bildiyiniz linkləri orda toplayırsız özünüz üçün, sonradan baxmağa. Hansıları ki gizli statusda edirsiz, ancaq özünüz görürsünüz, hansıları ki public edirsiniz onu hamı görür profilinizdə. Beləliklə sizin profil olur paylaşım bloqu kimi bir şey, sizi izləyənlər paylaşdıqlarınızı görə bilir. Bir sözlə deliciousun təyinatı link saxlamaqdır, sosial şəbəkə yox. Baxmayaraq ki bəzi sosial funksiyaları mövcuddur. Ordan facebooka yazı atmaq üçün isə müxtəlif vasitələrdən istifadə etmək olar. məsələn ifttt.com servisindən.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ifttt.com-la əlaqəli yardım