OTG Kabel hazırlamaq.

Salam. Mən HTC Sensation telefonum üçün OTG kabeli (USB Mouse, USB Klaviatura, Flash kart' i telefona qoşmaq üçün) axtardım, amma tapa bilmədim Gəncədə. Internetdə biraz axtardim OTG (On-The-Go) kabeli özüm hazırlamağa qərar verdim. Internetde var şəkilləri də, ancaq şəkil keyfiyyətsiz olduğu üçün tam edə bilmədim. Başı çıxan varsa, artıq dərəcədə xahiş edirəm kömək etsin.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Shahin23 (2012-06-19 18:14:10)
Elvin bəs mənim bang hesabım yoxdur. Ödəməni necə edə bilərəm? Yəni mən satıcının bang hesabına pul köçürməklə mal ala bilərəmmi?

Elvin Hacı (2012-06-19 16:42:03)
Xeyr yoxlamamışam, onu satıcıdan Contact Seller bölməsindən müraciət edərək soruşmaq olar. Məndə Galaxy S2-dir və onunla normal işləyir.

Shahin23 (2012-06-19 15:36:17)
Bir də salam Elvin qardaşım. Siz bu aksesuarı HTC Sensation modelində yoxlamısınızmı? Yoxlayıb bir cavab yazardınız zəhmət olmasa. Cavabınızı gözləyəcəm.

Elvin Hacı (2012-06-19 14:05:24)
Ebay və paypal haqda cavablar.net-də 100lərlə sual-cavab var, 100lərlə. :) Açar söz üzrə daxil olub oxuya bilərsiniz. Birbaşa ebay və paypal haqda təlimatı isə buradan oxuya bilərsiniz: http://farik.us/profanlar-ucun-ebay-haqqinda/ http://farik.us/new-paypal-account/

Elvin Hacı (2012-06-19 14:03:54)
Gəncənin postal kodu 2000. Rayon və şəhərlərin postal kodunu belə yadda saxlayın. Maşın seriyası+00. Məsələn Gəncə 2000, Sumqayıt 5000, Bakı 1000, Şəki 5500 və.s.

Shahin23 (2012-06-19 13:59:26)
Bir də postal Code yazır. Mən Gəncədə yaşayıram. Buranın postal codu necədir ? Məlumatınız varsa yazardınız.

Shahin23 (2012-06-19 13:56:45)
Salam Elvin qardaşım. Siz mənə deyə bilərsiniz ebayşcom dan necə sifariş etmisiniz , neçə vaxta gəlir ? Bir də bu linklərdəkilərə baxın. Bunları necə sifariş edə bilərəm ? http://www.ebay.com/itm/2x-Micro-USB-OTG-to-USB-2-0-Adapter-For-Samsung-Galaxy-S2-T-Mobile-Hercules-T989-/300727958246?pt=PDA_Accessories&hash=item4604c87ae6 http://www.ebay.com/itm/Micro-USB-Host-OTG-to-USB-Female-Cable-4-Samsung-Galaxy-S-II-2-S2-Motorola-PC-S-/170859297395?pt=PDA_Accessories&hash=item27c801fa73#ht_3091wt_952 http://www.ebay.com/itm/New-USB-2-0-Female-to-Micro-B-USB-Male-OTG-Cable-Adapter-For-Galaxy-S2-SII-i9100-/160825928410?pt=PDA_Accessories&hash=item2571f8eada#ht_2642wt_952

Elvin Hacı (2012-06-19 10:30:23)
Salam. Bu tip aksesuardan bir müddət öncə mən almışdım ebaydan və hazırda işlədirəm lazım olanda. Bu ünvanda baxın http://www.ebay.com/sch/i.html?_trksid=p3984.m570.l1313&_nkw=USB+A+Female+to+Micro+USB+5+Pin+Male+Adapter+Converter&_sacat=0 P.S. Zəhmət olmasa növbəti dəfə sualı Azərbaycan əlifbasında yazın ki, dərhal dərc edək. Əks halda gələcək sual silinəcək.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HTC Sensation Xe update problemi

HTC Sensation Media Problemi

IPhone 4 16GB yoxsa HTC Sensation ?

HTC Sensation qhsusb_dload kömək