Şəkillərdən slaydşou düzəltmək üçün ən yaxşı proqram hansıdı?

Salam zəhmət olmasa mənə şəkillərdən arxa fonda mahnıyla hazırlayacağımm slaydşou üçün proqramlar tövsiyyə edəsiniz.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Alehandro Morfeo (2012-06-25 20:14:35)
Bu programla hazırladığım şəkilərin üzündə loqo olur bunu necə düzəltmək olar?

Alehandro Morfeo (2012-06-20 22:35:57)
Çox sağolun hər birinizə təşəkkür edirəm .Dediyiniz prqramı yüklədim indi gərək biraz qurcalayam görüm nə düzəldəbilərəm :)

Shahin23 (2012-06-20 15:10:55)
Alehandro Morfeo qardaş Hüseyin qardaşımın dediyi program və Pro Show Gold Programə ilə də etsən daha yaxşı və rahat olaar. Googleda axtar. Tapacaqsan.

Huseyin (2012-06-20 11:06:36)
beli proshow producer v5.0021 zor proqramdir o proqrami sen www.duddud.com saytindan yukleye bilersen sayta daxil olan kimi axatris bolmesinde onun adini yazirsan cixacaq amma bir problem var ki proqram 15 gunluk iwleyir onun acarini daxil etmesen duzeldilen slaydlarin duz ustune iri herflerle oz saytlarinin adini yerlesdirirler oda pis olur amma yuklemek istesen zor proqramdir elnur qardasimizin dediyi kimi

Elvin Hacı (2012-06-20 02:08:21)
Onda docs.google.com ilə onlayn edə bilərsiniz slaydı.

Elnur (2012-06-20 02:01:45)
EN yaxsi proqram proshow production dur.. Onu yukle.. cox effektiv slaydlari var.. Indiye kimi ondan yaxsisin gormemisdim...

Alehandro Morfeo (2012-06-20 01:27:12)
Yox Məndə word excel nədə Pover Point )

Elvin Hacı (2012-06-20 00:33:01)
Viever yox, Pover Point ayrıca proqramdır, Microsoft Office-in içində olur. Word Excell olan menyuya baxın orda var.

Alehandro Morfeo (2012-06-20 00:31:19)
Power Point viever yuklədim amma açılmadı proqram.

Aliyev Ceyhun (2012-06-19 21:14:17)
Salam bu proqramlarla düzəldə bilərsiniz Windows Movie Maker sonra Adobe Premiere

Alehandro Morfeo (2012-06-19 20:59:32)
çox sağol Tural bu proqramı yükləməyə çalışıram. Başqa rahat tez anlaşılam proqram bilən varsa yazsın zəhmət olmasa.. )

Tarlan Umud (2012-06-19 17:54:05)
Salam. Windowsun Power Point progamı ilə daha rahat edə bilərsiz.