Cavablar.netə girmək olmur

2 gündür evdən cavablar.netə girmək olmur. bütün brauzerləri yoxlamışam. həm ubuntu ilə həm vindovsla yoxlamışam. girmək olmur.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Emil Məmmədli (2012-06-22 21:44:07)
məndə sayta ümumiyyətlə girmirdi. amma artıq girə bilirəm.

Elvin Hacı (2012-06-22 21:29:28)
Yox o tam başqa məsələdir. Sizdə hesaba daxil olmaq problemi olub, amma sualda saytın ümumiyyətlə açılmadığı deyilir.

Ilkin Alizadeh (2012-06-22 19:13:36)
Mənim Provayderim Azeronline-dı amma , Məndə cavablar.net-ə daxil ola bilmirdim istifadəçi adımı və parolu yazırdım amma daxil olmurdu , buna görə də yenidən qeydiyyatdan keçdim.

Elvin Hacı (2012-06-22 16:51:03)
Bu sayta girişlə bağlı ayda 3-4 bəzən 5 şikayət alırıq və təəssüf ki demək olar bütün müraciət edənlər superonline istifadəçiləridir. Və tək bizim saytla belə deyil, serveri Almaniyada yerləşən bəzi başqa yerli saytlarda da bizim providerlərlə girişdə problem olur. Belə olduqda müvəqqəti həll kimi proxy saytlardan istifadə etməniz məsləhət görülür.

Emil Məmmədli (2012-06-22 16:06:16)
yox. superonlinedir. bilmirəm bu nədən yaranıb?

VendeTTA (2012-06-22 15:26:04)
Provayder Bakinternet deyil tesadüfen ?)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

adnow reklam sistemi haqqda

Saytı sıfırdan yığa bilmə imkani verən web hosting servisi

Script satışı

Websayt quruculuğu üçün hansı dillər lazımdı?

JOOMLA!’da onlayn kinoteatr saytı üçün şablon

Web sayt hazırlamaq