Yeni proqram öyrənmək istəyirəm

Yayda boş vaxtım çox olacaq.Ona görə həm maraqlı,həm də gələcək baxımından perspektivli bir proqram öyrənmək istəyirəm.Hansı proqramı məsləhət görərdiz?(AutoCad,Photoshop kimi ən məşhur proqramlardan başqa)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

U. Tarlan (2015-01-02 00:31:00)
Salam. Əgər heç bir anlayışınız yoxdursa proqramdan, ilkin mərhələ üçün kursa yazılın. Daha sonra isə fərdi surətdə biliklərinizi genişləndirin. İnternetdə kifayət qədər məlumatlar tapıb biliklərinizi daha da artıra bilərsiniz.

Orxan (2015-01-01 14:43:18)
salam,3ds max i nece tam oyrenmek olar?

Elvin Hacı (2012-06-26 11:50:50)
Salam. Bir az düzgün yanaşma deyil fikrimcə. Sizin hazırki ixtisasınız, bacarıqlarınız, istedadınız hansı sahə üzrədirsə o sahə üzrə nəyisə öyrənmək lazımdır. Autocad perspektivlidir bəli, yüksək maaşlı iş tapmaq olar, amma bu o demək deyil ki siz Autocad-ı öyrənsəz uğur qazanacaqsınız. Xeyr. Autocad həndəsi biliklər tələb edən bir platformadır. İnşaat,memar,3D həndəsə bilən və bu sahədə istedadı olan və.s. insanlar üçün uyğundur. Photoshop isə az qala hamının bilməsi gərəkən proqramdır, sadəcə baxır necə bilmək, adam var sadəcə özünə görə bilir, adam da var peşəkar dizaynerdir, Photoshopdan yaxşı pul qazanır. Bir sözlə istiqamətinizi dəqiqləşdirməlisiniz, ondan sonra proqram öyrənmək

Tural Əlisoy (2012-06-26 10:36:26)
Əgər imkanınız yaxşıdırsa dizayn proqramlarını əla səviyyədə öyrənməyi məsləhət görürəm.

Tarlan Umud (2012-06-25 23:38:40)
Photoshop, Corel Draw kimi programlari öyrənsəz pis olmazdı. 3D Max və Auto CAD da məsləhətdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Niyə belə ucuzdur?

Salam Ebayda 550$ Mehsul alsam poçta gələcəkmi?

İnternetdən qazanc üçün hansı bacarıqlar daha aktualdır?

Sifarişim gələcəmki?

yaddas kartımn bərpası

Onlayn telefon satışı…