Azərbaycanda istifadəçi sayına görə ən böyük sayt hansıdır?

Azərbaycanda istifadəçi sayına görə ən böyük sayt hansıdır? Söhbət bizim saytlardan gedir. Bu barədə məlumatı olanlar zəhmət olmasa yazsınlar və mümkünsə bunu həmin saytın statistika pəncərəsi ilə təsdiq etsinlər.

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

WaRRioR (2012-07-16 15:19:59)
Mobilim.Az saytını təmsil edir. Sadəcə göydə ALLAH var. Hamı bilir ki, biz fırıldaq ilə məşğul deyilik.

Elvin Hacı (2012-07-13 19:14:50)
Siz haranı təmsil edirsiniz və kimi ittiham edirsiniz? Yazmısını amma bilinmir nə məsələdir :)

Nicat Haciyev (2012-07-13 17:10:49)
Azəzrbaycan dilini daim inkişaf etdirdiyimiz üçün, proqramları Azərbaycan dilinə rəsmi və ya qeyri rəsmi lisenziya ilə tərcümə etdiyimiz üçün, temamaker vasitəsilə Azərbaycan Thema yaradıb dünya saytlarında tanıtdığımız üçün və ən əsası pulsuz bir qəpik güdmədən digərləri kimi 5-10-15 manata boş-boş proqramlar yazıb, 40-50 manata İphone sistemini qırıb camatı aldatmadığımız üçün yəni hər işi pulsuz yerinə yetirdiyimiz üçün bizi dələduzluqdan ittiham edirsiniz..? Sizə bu haqqı kim verib.? Azərbaycanda bu sahədə iki tanınmış sayt var. Bizə heç kəs maddi dəstək vermir. Zəhmət olmasa böhtanlarınızı özünüzə saxlayın.! Bir misal var: Oğru elə bilir hamı oğrudur doğru elə bilir hamı doğrudur.

WaRRioR (2012-07-06 01:35:19)
Yaxşı lap belə olsun. Heç olmasa bu "Yalan" olan saytları bilrisiniz?

Elvin Hacı (2012-07-05 01:26:24)
Sırf istifadəçi sayı əksəriyyətə maraqlı deyil deyə bunun hər hansı analitikasını da aparan yəqin ki olmayıb. Çünki yuxarıda deyildiyi kimi istifadəçi sayını 10dən 10 milyonadək artırmaq 10-15 saniyənin işi. Ona görə də bu ciddi meyar sayıla bilməz

WaRRioR (2012-07-01 18:16:45)
Əziz qardaşlarım. Mənə onlayn hər gün hara çox daxil olurlarsa lazım deyil. Qardaşlarım. Mənə sadəcə qeydiyyatı çox olan rəsmi saytlar lazımdır. Namiq qardaşıma bildirim ki, Mobilim.Az saytında sənin dediyin fırıldaqdan istifadə olunmayıb. Xalq üçün çalışan sayt xalqa yalan danışmaz heç vaxt. Həm də ki, bu nəyə lazımdı ki? Bəlkə səhv deyirəm?

Elvin Hacı (2012-07-01 13:30:27)
Qeydiyyat sayı bu tip müqayisələrdə qəti göstərici deyil. 10 saniyəyə user table-a milyon row insert etmək olar. Ona görə də doğru oldu ya fake, fərq etməz. Ciddi statistikalara istinadən visitor haqda məlumat, saytın ajiotajının böyüklüyü və.s. göstərici sayıla bilər. Bu meyarlara görə də disput.az yəqin ki liderdir. Sutka ərzində unikal ziyarət 50-60 min, onlayn 5-10 min olur orda səhv etmirəmsə. Düzdür böyük göstəricilər deyil, amma istifadəçilərin əksəri real istifadəçilərdir, bir dəfə girib nəsə yükləyib nəsə çıxanlar deyil.

WaRRioR (2012-07-01 12:11:37)
Namiq/ Qardaşım, sən ind mobilim.az-ın bu göstəricisinə şübhə ilə yanaşırsan? 2006-cı ildən fəaliyyət göstərən və Azərbaycanda bu tipdə 2 saytda biri olan Mobilim.az saytdında 147816 yalançı rəqəmlərdi?

Namiq Bəndəli (2012-07-01 02:25:22)
Mən də özümə DLE sayt quraram və 150.000 istifadəçinin olduğunu yalandan göstərərəm. Əsas olan aktiv istifadəçi sayıdır ki, bu da disput.az-da digərlərindən, lap mobilim.az-dan da çoxdur. Mobilim İstifadəçi: 147816 , Aktiv olanlar: 2448

WaRRioR (2012-06-30 02:53:48)
Aşağıda tapdım. 113734 Total Members yazılıb Disput.az-da. Xahiş edirəm bundan başqa da böyük saytlar bilirsinizsə deyin? Əgər siz ən böyük olaraq disput.az fikirləşirdinizsə onda yanılırsınız. Çünki disput.az-da 113734 istifadəçi var. Mobilim.Az saytında isə 147815. Xahiş edirəm. Yenə belə saytlar varsa deyin. Mobilim.az-dan böyük olan sayt varmı?

WaRRioR (2012-06-30 02:40:15)
Disput.az saytında nə qədər istifadəçi qeydiyyatdan keçib?

WaRRioR (2012-06-30 02:38:50)
Mən qeydiyyatdan keçmiş istifadəçilərə əsasən deyirəm. Ən çox hansı saytda istifadəçi qeydiyyatdan keçib. Zəhmət olmasa o saytları deyin.

Elvin Hacı (2012-06-30 01:10:16)
Dəqiq statistika mövcud deyil, Alexa, Statcounter və.s. Azərbaycan üçün yetərli data olmadığı çox yanlış göstərir. Qeydiyyatdan keçmiş istifadəçi, həm də ziyarətçi sayına görə məncə disput.az liderdir. Ziyarət sayında bəlkə də 1news.az birincidir, onu dəqiq bilmirəm düzü

Ezio (2012-06-30 00:39:30)
İstifadəçi sayı deyərkən saytda qeydiyyattan keçmiş userləri nəzərdə tutursunuz?Yoxsa ümumi? Alexa-ya görə Azərbaycanda ən çox girilən saytlar top 500.Başqa statistika varmı bilmirəm http://www.alexa.com/topsites/countries/AZ

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hansı sayt məsləhətdir

Domen (.lan) a salınmış kompyuterdə internet qadağası

Veb sayt yaratmaq üçün proqram

WordPress-də kömək

Adult sayt cinayətdir mi

Saytda Verilən Məlumatdan İstifadə Edərkən İcazə Qaydaları