Ebayda gömrük rüsumu barədə

Salam.Mən hələ də bir şeyi başa düşə bilmirəm ki,ebaydan alınan 1 malın dəyəri 200 dollardan çox olduğda gömrük rüsumu alınır, ya aldığımız bütün malların ümumi dəyəri 200 dollardan çox olduqda alınır?Zəhmət olmazsa bunu mənə başa salardız.Öncədən təşəkkür

Verilmiş cavablar və yazılan şərhlər (19 cavab var)

Mardan (2014-08-17 20:41:11)
Xais edirem cavab yasasiz

Mardan (2014-08-17 20:38:05)
Salam men bilmey istiyirem siz 1000$ negeder risum tutursuz.

Emin1989 (2013-10-27 16:51:40)
Salam..360 AZN bu malın 36 %-i edir.Siz bu barədə onlara zəng edib soruşmusuz?Mümkünsə ətraflı yazın

Elik_95 (2013-02-28 20:58:40)
neqeder?..umumiyyetle telefon ucun gomruk neqederdir?

E. Hacı (2013-02-17 00:34:59)
Bəli

Elik_95 (2013-02-16 20:01:35)
400 $ telefon alsam gomruk olunmalidi telefon?

seva556677 (2012-12-25 16:04:53)
Ebay.com da, fur coat yazin axtarisha cixacaq

Yusif_velizade (2012-12-25 14:33:10)
onlari hansi sayitdan sifaris edirsiz mene deyinde zehmet olmasa

seva556677 (2012-12-25 13:56:22)
salam men 50 dollara kurk sifarish vermisem bes bunun gomrukde problemi olacaq ?

Doctor93 (2012-11-22 00:35:34)
Salam.Mən 60$-a planşet sifaris vermişəm. aliexpressden. ona da rusum tutulur? ve birazdan nexus 7nin 16gbinin qiyməti düşdükdən sora sifariş versəm yene tutulacaq??

Elvin Hacı (2012-08-22 19:03:20)
360 azn olmalıdır. Gömrük komitəsi saytına girin əlaqə vasitəsindən zəng edib dəqiqləşdirə bilərsiz

kenankenan (2012-08-22 17:37:26)
zehmet olmasa kim bilirse cavab yazsin...1000 manata qizil almaq isteyirem internet vasitesile..anvaq ona tutulan gomruk xerci qanuni olaraq ne qederdi??????

Elvin Hacı (2012-07-08 21:28:02)
Gömrüyün öz qiymətləndirmə komissiyası var. Siz bahalı malı 1$a alsaz belə onlar onsuz da özləri qiymətləndirirlər. Yəni endirim,satış qiyməti heç bir əhəmiyyət daşımır. İşi gücü qurtarıb deyəndə ki məhz bu işə baxan işçilər var işləri budur.:) Sadəcə kiçik həcmli tək-tək alınan malları sağolsunlar buraxırlar. Biz hətta 600+$lıq telefon belə gətirtmişik problemsiz. Amma laptop tv və.s. kimi iri əşyaları mütləq saxlayırlar.

Nuraliyeva (2012-07-08 19:38:00)
O 200 dollar söhbəti elə dillərdədi. Gömrüyün işi günü gurtarıb, oturub pasılkaları bir bir açıb bazar araşdırmasına vermir axı, 200$ -dan yuaxrı olub olmadığını öyrənsin. (Paketlərin üstündə isə qiymət yazılmır) Düzdür, əgər COX bahalı texnika olsa və ya zinyət əşyası bəlkəm bunun gömrük rüsumunu o saat tutarlar. Amma qaldı ki, geyimlərə və digər əşyalara onları qiymətini hardan bilsinlər. Lap özümə 400-500 dolların ayaqqabı alsam nə biləcəklər? Saytlarda o qədər endirim kampaniyları var ki, 200$-dan yuxarı olan məhsulları endirimlə ondan aşağı qiymətə satırlar. Bu yaxınlarda 250 dollara "8800 nokia" köhnə model, amma təp təzəsi idi, sifariş vermişdim, gömrük heç bir rüsum tutulmadı. Mənə elə gəlir ki, 200$ yuxarı rüsum, tutar tutmazı var. Yadlarına düşəndə tutacaqlar :-))

Mr_Muskul (2012-07-08 00:43:46)
Bəli ayrı ayrı satıcılardan alınmış ayrı ayrı paketlər.o zaman ço sağolun,minnətdaram suallarımı cavablandırdığınız üçün

Elvin Hacı (2012-07-08 00:39:07)
Ayrı-ayrı paketlərdədirsə yox tutulmur.

Mr_Muskul (2012-07-08 00:13:19)
Məsələn mən 5 mal almışam hır birinin giyməti 15 , 20, 35, 50, 75 dollardı. Bu zaman gömrük rüsumu ödəmirəm elədir?

Tarlan Umud (2012-07-08 00:04:55)
Ayrı ayrı paketlər ayrı hesablanır, hər biri paketin, qutunun içindəki məhsulların toplam qiyməti 200$-dan azdırsa heç bir rüsum tətbiq edilməz və 200$dan çox olduqda gömrükdə saxlana bilər (heç də həmişə saxlanılmır amma). Malın çəkisi 500 qramadək olduqda 0.80 azn, 500-2000 arası olduqda 1.40 azn, 2000 qramdan çox olduqda isə 2 azn ödəməlisiz.

Mr_Muskul (2012-07-07 23:58:09)
Nə olar mənim sualıma da bir cavab yazardız?:(

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ebayda US Shoe Size

ebaydan telefon almaq

Ebayda məhsulun izlənməsi

Ebay item number bağlı

ebaydan sifariş iki dəfə olub

Ebay-dan Ipad almaq