Twitter profilimdə məlumat

Salam. Mən twitter səhifəmdə özüm haqqında qısa məlumat və web ünvanım olan yerin aşağı hissəsində şəkil yerləşdirmək isdiyirəm.Bunu necə edim? Məsələn bu cür: Daha dəqiq desəm zəhmət olmasa bu linkə daxil olun: http://twitter.com/rihanna Bu səhifədə profil şəkilinin və məlumatların altında uzun şəkil var.Mən bu cür şəkildən necə düzəldə bilərəm öz twitter səhifəmdə?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Ilkin Alizadeh (2012-07-09 21:13:48)
Çox sağ olun cavablara görə. Amma ki , Mənim üçün maraqlı olduğuna görə bilmək istərdim ki , pullu xidmət dedikdə bunun üçün nə tələb olunur? və bunu pullu xidmət belə olsa özüm edə bilərəm? yoxsa başqa kimsə bunu etməlidi? (zəhmət olmasa məlumat verərdiniz.)

Elvin Hacı (2012-07-09 19:25:12)
Əgər sizin profildə o imkan yoxdursa deməli o imkan ancaq verified accountlar üçün olandır və ya sadəcə pullu xidmətdir. Youtube-da da oxşar xüsusiyyət var ancaq partner kanalları üçün açıqdır

Tural Əlisoy (2012-07-09 19:20:47)
Siz dediyiniz şey yalnız xüsusi hesablar üçün nəzərdə tutulub. bu mümkün deyil təəssüf. Pullu xidmətdir

Ilkin Alizadeh (2012-07-09 19:11:08)
Bu linkə daxil oldum , amma mənə lazım olan şəkili düzəltmək üçün hara daxil olmalıyamsa bunu bilmədim.Bunun yerini zəhmət olmasa deyərdiz.

Elvin Hacı (2012-07-09 14:26:12)
Salam. https://twitter.com/settings/design bu ünvanda dizayna aid bütün özəlliklər var, dəyişə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Twitter Apps parol

Twitter settings mobil

Twitter’də sayt üçün necə qeydiyatdan keçmək lazımdır?

Twitterlə bağlı sual

Twitter-də sms problemi.

twitter -də məni izləməyənləri tapmaq