Paypal-dakı hesab üçün əmək haqqı kartı

Salam. Belə bir sualım var. 1. Pay pal hesaba bağlamaq üçün əmək haqqı kart hesabından istifadə etmək nə dərəcədə uyğundur və bunun təhlükəsi varmı, yoxsa yeni hesab açmaqmı daha uyğundur? 2. Yeni hesab hər hansı bankda və ya beynəlxalq bankda açmaq olarmı? Əvvəlcədən təşəkkür edirəm!

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Mila (2012-07-12 10:44:43)
Turkiyə və ya Rusiyada yaşayan tanışlardan birinin adına hesab açdırmaq və bu hesab vasitəsilə pulun ordan çəkilib göndərilməsi mümkündürmü?

Elvin Hacı (2012-07-11 17:24:53)
Xaricdə başqasının adına hesab açmaq asan məsələ deyil, xaricdəki tanışınızın bu barədə biliklərinin olması tələb olunur. Çünki bir çox proseduru o etməlidir bank hesabını təsdiq etmək və.s. Siz tək edə bilməzsiniz buradan. pay pal Paypal hesabı Azərbaycanda açmaq olar, ancaq ödəmək üçün, pul qəbulu isə mümkün deyil bəli. Xaricdə kimsə öz adına açsa ora ödənilən pul onun hesabına köçəcək hər dəfə. O adam pulu ordan çəkib hər hansı göndəriş forması ilə sizə göndərə bilər. Bank ilə məsələn.

Mila (2012-07-11 13:12:43)
Cox sağ olun cavablarınız üçün. Yenə də bir neçə sualım da olacaq sizə, imkan daxilində onları da cavablandırmağınızı xahiş edirəm. Men pay pal və ptc saytları haqqında burdakı cavabları oxudum. Müxtəlif fikirlər və mülahizələrə rast gəldim. Belə başa düşdüm ki, Azərbaycan bankları pay pal ilə işləmir və bu halda burda pulları nəğd şəkildə çıxartmaq mümkün deyil. 2 hal qalır o zaman - ya burda hesab açıb bu hesabdan ebayla alış veriş etmək, ya da pay palda hesab açan zaman xaricdə yaşayan birinin ordakı hesabı ilə qeydiyyatdan keçmək və pulun ordan çekilib göndərilməsi. 2-ci haldan istifadə etmək mümkündürsə o zaman pay palda hesab açan zaman belə başa düşürəm ki, mən orda öz mail adresimi (ptc saytında göstərilən), ad soyadı, dogum tarixi, adres, kart hesabı, poçt kodu, tel nömrəsi isə o şəxsə məxsus olanları yazmalıyam. Bu gedişatı mənə aydın yazmanızı və zəhmət olmasa bu barədə köməklik etmənizi xahiş edirəm.

Elvin Hacı (2012-07-10 17:43:38)
Salam. Paypal təhlükəsiz sistemdir, amma hər bir halda maaş kartınızdan internetdə istifadə məsləhət deyil. Min cür fırıldaq növləri var, təcrübəli olmayıb hər hansı birinə aldana bilərsiniz. Əlavə kart açdırın hər hansı bankda

Tarlan Umud (2012-07-10 17:20:17)
Salam. 1 ci sualınıza cavab məsləhətdir ki əmək haqqı kartınızdan istifadə etməyəsiz. 2 ci cavab isə kart almaq çox sadədədir. Mən Bank Respublikada Visa Electron açmışam. Tam pulsuzdur. Sadəcə lazım olan miqdarda hesaba pul yükləyirəm online ödənişlər üçün. Kartı əldə etmək üçün online blankı doldurmaq lazımdır. Blanı doldurmaq üçün bura daxi olun. Beynəlxalq bankın platik kartları barədə məlumat üçün bura daxil olun.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Paypal hesabındakındakı vəsaitin xaricdəki kart hesabından çıxarılması

Paypal re-enable card

ebayda ikinci qeydiyyat

PayPal vasitəsilə ödəniş

Paypal Buyer Protection haqqında

Rus Paypali açmaq olmur