Server və Dropbox

Serverin bir neçə (~ 3-4) əsas olmayan kompüterində Dropbox quraşdırılmış və sonra bir komputerdə proqram saxlanılmaqla qalan quraşdırılmış kompüterlərdən silinmişdir. Sual: Dropbox silinməyən kompüter serverə bağlı olan kompüter(lər)ə "ziyan" verə və ya sistemdə xəta verə bilərmi?! Ümumiyyətlə, server sistemində Dropboxun xəta yaratmaq ehtimalı nə qədərdir? Səbəb məhz Dropbox ola bilərmi? Yoxsa səbəbi başqa bir yerdə axtarmaq lazımdır?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Elvin Hacı (2012-07-14 18:00:56)
Axı siz aydın təsvir etmədiniz nə xətadır nə məsələdir. Çox güman ki Dropbox-luq heç nə yoxdur

Mehman Elxanoglu (2012-07-11 20:28:01)
Yəni serverdə baş verən xətanın əsl səbəbini Dropboxdan kənarda axtarmaq lazımdır, elə deyilmi?!

Ruslan Butdayev (2012-07-11 14:53:52)
Serverde dropboxun ne ishi var anlamdim ?

Elvin Hacı (2012-07-10 22:27:56)
Salam. Söhbət konkret hansı tip xəta və "zərər"dən gedir? Dropbox ancaq özünə aid qovluğu serverlə daimi sync etməklə məşğuldur, öz "əhatə dairəsindən" kənar məsələlərdə sanmıram ki hər hansı müdaxilə edə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

VPS Seçimi

Apache Server Statusla Bağlı

Virtual server seçimində kömək lazımdır

Saytın başqa severə köçürülməsi və yeni domen adı ilə istifadə

Dropbox haqqında

server və resel nə fərqləri var