Ubuntuda dil dəyişdirmək.

Salam. windowsda dil dəyişdirmək ctrl+alt, shift+alt düymələrini sıxırıq. bəs ubuntuda belə bir funksiya varmı? mən cəhd etdim alınmadı.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Emil Məmmədli (2013-01-17 09:48:18)
Nəyi tapa bilmirisiniz?

Dia (2013-01-07 12:45:50)
salam məndə 12.10 dur ama hec nə tapabilmirəm məndə türkcədir xaismənədə kömək edin

Emil Məmmədli (2012-07-13 20:09:31)
Minnətdaram. işlədi.

Elvin Hacı (2012-07-13 19:45:23)
Onda belə edin: System settings->Keyboard Layout-a daxil olun, oradan da aşağıdakı Options düyməsinə basın, açılan siyahıda Keys to change layout-a basın vəssalam, oradan istənilən kombinasiyanı seçin və pəncərəni bağlayın, 100% işləyəcək.

Emil Məmmədli (2012-07-13 19:30:07)
son versiya 12.04. bəli üst paneldə dil paneli var. oradan dəyişirəm.

Elvin Hacı (2012-07-13 19:17:03)
Hansı versiya Ubuntu-dur? Üst paneldə cari dili mouse ilə seçərək dəyişmək olurmu yəni dil paneli varmı üst paneldə?

Emil Məmmədli (2012-07-13 19:04:19)
dil əlavə etmişəm. ingils, rus, azərbaycan dilləri var. amma çevrilmir. nə shift+alt, nə shift+ctrl, nə alt+ctrl.

Elvin Hacı (2012-07-13 01:58:38)
Salam. alt+shift-dir. Yəqin dil əlavə etməmisiniz deyə alınmayıb. System->Preferences->Keyboard girin əlavə edin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu 14.04 ə.s.-nin qurulması

Ubuntu-ya phpmyadmin yukləyə bilmirəm

Nexus 5 yoxsa Galaxy S4

Windows-da VirtualBox

Ubuntu haqqında bəzi suallar

ubuntuda hard diskə girə bilmirəm