Wi-Fi əlaqəm birdən-birə kəsilir

Noutbukdan internetə daxil olmaq üçün Wi-Fi-dan istifadə edirəm,lakin son zamanlar birdən-birə əlaqənin kəsilməsi problemi yaranıb.Yəni təsvir edəcəyim,müşahidə etdiyim hansısa xüsusi bir hal,nəsə problem-filan yoxdur,əlaqə qəflətən itir,bəzən öz-özünə yenidən modemə qoşulur,bəzənsə özüm modemi çıxarıb yenidən taxmalıyam ki,qoşulsun. Yeri gəlmişkən,internet öz yerində qalır.Çünki digər istifadə etdiyim stolüstü komp.da internetlə bağlı problem yaranmır.(şunurla qoşulur modemə)

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

HelpUser (2012-07-26 10:17:31)
Fiziki zədədir böyük ehtimalla. Ya Wifi antennada problem var ya da ki, modemdə daxili problem var. Modemin zəmanəti varsa servisə aparın.

Namiq Bəndəli (2012-07-17 22:52:03)
Əvvəlcə Wi-Fi driverini yenilə və ya sil, yenidən yaz. Modemdəki Wi-Fi qoruması varsa onu söndür və yoxla.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wi-Fi Administrator parolunu dəyişmək

wifi şifrədə olanda router işləmir.

Kim KATV İnternet istifadə edir?

wifi borcu

Dataplus-Wifi parolu dəyişmək

Wi-Fi problemi