WordPress üzərində elan saytı qurmaqla bağlı

Wordpress imkanlarına görə daha çox iş görmək qabiliyyətli sistemə malik olduğu üçün bu sistemin imkanlarından yararlanıb elan saytı qurmaqla bağlı fikirlərinizi bilmək xoş olardı. Məsələn mono.az və ya tap.az tipli, kateqoriyalara bölünməklə sadə bir sayt qurmaq istəyirəm. Bəlkə də bu işlə bağlı digər hazır pullu scriptlər də var, o barədə də yazmaq imkanınız olsa daha yaxşı olar. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Elvin Hacı (2012-07-17 18:55:20)
Buyurun. Uğurlar sizə. Bəli, müraciət edə bilərsiniz.

davinci (2012-07-17 12:47:37)
Düşünürəm təklif oluna biləcək ən ideal variantı təklif etmisiz. Baxdım admin paneli və s. doğurdan da yaxşı potensialı olan theme-dir. Xüsusi təşəkkür edirəm Elvin bəy. Qeyd: Customize, kiçik dəyişikliklər üçün köməyə ehtiyac olarsa, ödənişli şərtlərlə müraciət edə bilərəmmi?

Elvin Hacı (2012-07-13 19:30:16)
99$-a bu var. http://demos.appthemes.com/?theme=classipress Həm e-commerce saytı kimi istifadə kimi etmək olar, həm də sadəcə elan-satış saytı kimi. Üstündə işləmək lazımdır, çox yaxşı potensialı olan theme-dir. Burda da xeylisi var: http://www.tripwiremagazine.com/2012/05/best-wordpress-e-commerce-themes.html Bu sinif saytlar daha çox e-commerse saytlarının üzərində qurulur deyə mən o tip theme-lərin linkini verdim. Hansı uyğundur seçin customize edib istədiyiniz formaya salın

davinci (2012-07-13 16:13:08)
Səbirsizliklə gözləyirəm.. Əvvəlcədən təşəkkür Elvin bəy.

Elvin Hacı (2012-07-13 02:01:32)
bu tip saytıar üçün wp çox əlverişlidir. hazır theme və pluginlər də var. sabah yazaram adlarını

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İş elanı – vakansiya saytları …

hazir skript

elan saytı açmaq