Firefox, yoxsa Chrome?

Məndə kompüterdə 7-8 dənə brauzer var, amma ən çox Firefox və Google Chrome-dan xoşum gəlir. Sizcə hansı daha çox funksionaldır?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

thebrave (2012-12-28 00:25:14)
Adi istifadəçisənsə ( face , youtube , google ) elə də ciddi fərqi yoxdur . Amma işləmələrinə görə mənim seçimim Chromedir . Özün test etmişəm . Eyni anda Chrome OperaİnternetExplorerə vurdum . 1ci Chrome 2ci Opera 3cü İnternet Explorer

qayibov sakit (2012-07-15 03:38:21)
lori dilde Chrome yaxsidi

Elvin Hacı (2012-07-15 02:25:08)
Fikirlərinizlə razıyam bircə privacy-dən başqa. Bu qədər səksəkəli olmağa gərək yoxdur. Google indi belə bizim haqda yetərincə məlumatlıdır. Heç bir şpion və ya qanunsuz müdaxilə olmadan. Eləcə də cloud OS ilə bizim məlumatları gizli oxumasına da gərək yoxdur. Google öz terms and conditionsdan kənara çıxmadan istədiyi məlumatı toplayır zatən. Odur ki könüllülük məsələsidir. Xoşu gəlməyən istifadə etməsin. Google-suz internet istifadəsi mümkünsüzə yaxın məsələdir,bu da var. Şəxsən mən cloud OS məmnuniyyətlə istifadə edərəm,onsuz da Dropbox və GDrive bu yolda bir keçiddir və istifadə edirik. Sadəcə ifrat məxfi nəyinizsə varsa onu offline saxlamalısız bu birmənalıdır. Mən Dropbox və Gdrive-da böyük həcmdə data saxlayıram və qorxmuram ki onu hansısa gizli qüvvələr oxuya bilər. Mənə maraqlıdır ki onu kənar müdaxilədən qoruya bilsinlər. Bunu isə əla bacarırlar.

musarir (2012-07-15 01:16:16)
internet`də sadə surfing ilə məşğulolac üçün nəfərqi hansı bauser yaxşdır və hansı pis... google chrome brauser kimi inkişaf elətdirib OS`yə çevirmək istəyir yəni bulud sistemli OS`lər hnasılar kı əsas config file və kernel google`nin main serv`ində saxlanılaca və beləliklər istədiyi info`ya rahatlıqla müdaxilə edə biləcək. Bu da ona öz sonra ki fəaliyyətini qurmağa kömək edəcək .. Google`ni belə info`ya paranodal yaxınlaşması nəticəsində, istifadəçiləri özündən incik salamsa yaxşıdır .. Amma firefox sadəcə gözəl brauserdi ,həmdə təhlukəsisz saymaq olar ,salırsan sandbox`a onda lap yaxşı brauzer olur yəni necə deyərələr sözə baxan ,istifadəd yararlı brauser ,lap istəsniz menyuları gizləyib shortkey`lər ilədə istidə etmək olar,buda olar sizin üçün minimal interface

Alehandro Morfeo (2012-07-15 00:27:55)
Digər brauzerlər bir yana Chrome bir yana. Chrome ən sürətlisidir,ən yaxşısdır.

12345 (2012-07-14 22:03:20)
Verilən hər cavaba görə təşəkkürlər.

Elvin Hacı (2012-07-14 19:13:18)
Chrome artıq brauzer olmaqdan çıxıb daha ciddi bir hibridə çevrilməkdədir. Eyni zamanda Chrome üzərində Linux ilə işləyən Chrome OS-lar da sürətlə inkişaf edir. Chrome-da ki add-on-extension-lar artıq application-a çevrilməkdədirlər. Yəni Chrome-un tutduğu yol daha ciddidir. Firefox isə sadəcə brauzer kimi əla brauzerdir. Sadəcə brauzer üçün ikisindən daha xoş hansı gəlir, onu işlədin

Mehman Elxanoglu (2012-07-14 19:01:26)
Dizayn baxımından Chrome minimalistdir, lakin minimalist olmasına baxmayaraq Firefoxdan funksional cəhətdən üstündür. Üstəlik demək olar ki, hər həftə yenilənir, html5test.com-dan 88.4% yığır. Firefoxda bu göstərici 69% olmalıdır. Chrome brauzerlər arasında ən sürətlisidir. Seçim yenə də Sizindir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Default Browser @ Firefox

Chrome tərcüməçi

Google Chrome-də problemin həlli

Reklamları qaldırmağa kömək edin

Firefox ve Chrome-da mausun orta düyməsi ilə pəncərələrə keçid

Mozilla Firefoxda yüklənmə problemi