Gmail, yoxsa Hotmail?

İndi e-mail istifadəçilərinin əksəriyyəti Gmail, ya da ki, Hotmail istifadə edir. Soruşmaq istərdim ki, hansı daha yaxşıdır? Fərqli cəhətləri hansılardır? Ən çox hansından istifadə olunur?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Onar Alili (2012-07-16 12:03:30)
Salam Bu sualı oxuyun geniş müzakirə olunub.

Elvin Hacı (2012-07-15 23:45:52)
Email xidməti olaraq hər ikisi əladır. Amma advanced funksiyalara keçsək hotmail gmailin yanında çox çox zəifdir. Bir də düzəliş edim ki, google xidmətləri üçün gmail tələb olunmur,google account tələb olunur. Gmail sadəcə xidmətlərdən biridir, google accountu olan gmail istifadə etməyə məcbur deyil. Eləcə də microsoftda da Live account hotmaildən asılı deyil. Qaldı veb xidmətlərə, microsoft bu barədə google-a kəskin formada uduzur. Live accountda nə var? Live-in lazımsız,spamla dolu şəbəkəsi, ölməkdə olan msn, yeni açılan şübhəli socl, hotmail və bir iki başqa xidmət. Google accountda nələr var: gmail,youtube,google maps,android OS, google search data, google analytics, gtalk, google+ və.s. onlarla çox vacib xidmətlər

Cabbarov Sübhan (2012-07-15 22:43:05)
Hər ikisi lazımlıdı. Google xidmətlərindən istifadə üçün gmail hesabı isənilir. Microsoft xidmətlərindən istifadə üçün isə Hotmail tələb olunur. Həm də MSN proqramı və Windows Live Messanger proqramları gmail-in verdiyi xidmətən güclüdür və məhşurdur. Ümumilikdə heç bir fərqi yoxdu. Hər biri lazım olan funksiyaları dəstəkləyir.

musarir (2012-07-15 21:46:59)
Birdəki bütün işləri microsoft platformasında olan istifadəçilər, çalışırlarkı ecosistem yaratsınlar bu kimi servislər ilə .Yox linux istifadə edirsinizsə yendədə problem olmayacaq amma müəyyən inteqrasiya cəhdləri alınmaya bilər elə bu anda google`ni xidmətləri lazımınca köməyə gəlir

musarir (2012-07-15 21:37:52)
Bunlar oxşar xidmətlərdir və hər biridə çox gözəl inteqrasiya oluna bilir köməkçi application`larla,yəni bunlar arasında elədə bir seçim edəcək fərq yoxdur adi internet istifadəçisi üçün.AMMA böyuk qurumlar və hüquqi şəxslər,firmalar üçün bir birindən fərqli təklifləri var .Misal neçədən mail service`si tanıyırsınzsa onların hamısında mail açaıb istifadə edə bilərsiniz ,həmdə bu yolla müqayisə şansıda əldə etmiş olarsınız

Mehman Elxanoglu (2012-07-15 19:23:54)
Ən çox hansından istifadə olunduğunu dəqiq bilməsəm də, onu bilirəm ki; 1. Gmailin interfeysi sadə və anlaşıqlıdır, 2. Gmailin inkişaf etdirilmiş spam filteri var, 3. Gmail bir e-mail xidməti kimi daha çox funksiyalardan pulsuz istifadəyə icazə verir, 4. Gmail bir Google xidmətidir, Google isə artıq bir brenddir. Hotmail isə Microsoftundur. Seçim yenə də Sizindir...

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gmail poçtumla microsoft hesab açdım, lakin microsoft hesabda gmail hesab kimi göstərilir

Android-də Gmail app problemi

Bir emaildən kütləvi məktub göndərmək mümkündürmü

Junk nədir?

Gmail & Box.az

Lycos-da qeydiyyatdan keçməkdə problem