Chromium OS yükləmək

Salam usb vasitəsi ilə chromium os yazmaq istəyirəm. Demək olar ki butun web saytlardakı chrome os-ləri yoxlamisam. Problem ondadirki mən yazan chrome os-lər də ancaq browser olur hemin browser-dən çıxmaq olmur bu da şəkli: Lakin intenetde ki reklamlarda isə basqa cürə olur belə istəyirəm ki chrome os 2 ci şəkildəki kimi olsun bunu necə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Tebriz (2012-07-22 17:18:17)
tesekkur

Elvin Hacı (2012-07-22 01:21:35)
Salam. Şəkildəkilərdən birincisi Chrome Linux OS, ikincisi isə Google Chrome OS-dur. Bunlar ayrı-ayrı ƏS-lərdir. Hər ikisi Google tərəfindən dəstəklənən Chromimum adlı açıq-kodlu platforma üzərində qurulub düzdür, amma şəkildəki 1-cisi, yəni Chrome Linux OS ƏS-i Suse Studio tərəfindən dəstəklənir və açıq-kodludur, hər kəs yükləyə bilər. 2-cisi, yəni Google Chrome OS isə Google-un özü tərəfindən dəstəklənən xüsusi versiyadır, amma yüklənəbilən deyil, ancaq Chromebook adlanan kiçik netbukların üstündə yüklənmiş halda satılır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

chrome OS ilə notebook