Bakcell Data Kart

Salam. Bakcell Data Kart məsləhətlidir 1 aylıq istifadə üçün? Bütün saytları açır?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Orxan Hamzayev (2012-08-01 14:31:11)
Salam, bele baxanda sərf edir. datakarti ve 3 gb trafiki 10 azn-e alirsan . ikinci aydan trafik 5 gb olur(hər ay 9 azn). teze alanda surət aşağı olsada sonradan artir. yuxarıda da qeyd edildiyi kimi ip dəyişdiyindən directadmin və cpaneldə istifadə etmək olmur.

Elvin Hacı (2012-07-22 02:36:30)
Tariflər var orda müxtəlif. 1 ay maksimum vaxtdır, daha tez bitirə bilərsiz təbii ki. Ən yuxarı tarif Limitsiz olandır o təbii ki adından göründüyü kimi bitmir, amma 10 GB-ı keçdikdə sürət düşür orda EDGE səviyyəsinə. Bakcellin saytında bu barədə ətraflı məlumat var

Darky Pislick (2012-07-22 01:23:49)
Limit 1 aya dolur yoxsa tez də qurtara bilər?

Elvin Hacı (2012-07-22 01:15:19)
Qiymətinə baxın sərfəli ya sərfəli olmadığı məlum olacaq :) Qaldı saytlara, bütün saytları açır təbii ki, amma İP-yə həssas saytlarla 3G-nin problemi var öncədən deyim bilin. Məsələn bəzi saytların CPaneli ilə işləmək çox çətin məsələdir. Tez-tez logout olur. Çünki 3G-də İP tez-tez dəyişir internet kəsintisi olmadıqda belə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Öz adıma nömrə alıb başqasına versəm nə olar

nar mobil data modemi sim nomrə ilə işlətmək

Bakcell nömrəsi kimin adınadı tapmaq istəyirəm

Bakcell datakart trafik

Sərfəli operator

Sürət data sim kartın nömrəsini haradan öyrənə bilərəm?