Elə bir smartfon proqramı varmı ki, cari temperaturu ölçsün?

Salam. Bəlkə də sual axmaq görünə bilər, amma yazacam. Elə bir proqram var ki (smartfon üçün), evin temperaturunu (termometr) ölçsün?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

12345 (2012-07-24 08:02:05)
Verilən hər cavaba görə təşəkkürlər!!!

Elvin Hacı (2012-07-24 00:39:55)
Aparatın öz qızmasını,dərəcəsini göstərən proqramlar var, amma siz deyən kimisini görməmişəm

isiqaqa (2012-07-23 22:23:38)
Samsung Galaxy S 2-də görmüşdüm axı mən elə bil proqram. Dostumda var idi elə bir proram. Evin içinin tempraturunu ölçürdü.

Elvin Hacı (2012-07-23 20:43:29)
Amma o proqramlar internet üzərindən hidrometereoloji məlumatlarla işləyir, otağın temperaturunu yox, olduğun şəhərin, rayonun bayır temperaturunu göstərir. Otaq temperaturunu ölçmək üçün civə sütunlu cihaz lazımdır, o da ki yəqin ki smartfonlarda olmur :)

Tarlan Umudov (2012-07-23 20:29:48)
Salam. Bu müasir telefonlar üçün çox sadə bir şeydir. iPhone, Samsung Galaxy, HTC kimi telefonlar üçün İOS, Android apps vardır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Burdan telefon almaq meslehetdir?

Telefon format problemi

suya düşmüş telefon

Mənşəyi haqqında sertifikat yoxdur

Komputerdәn telefona format atmaq

Telefon seçimində kömək