Facebook abunəlikdə anlaşılmazlıq

Salam. Mən facebook-da kiməsə dostluq göndərən elə olub ki , həmin adam dostluğu qəbul etmədən belə Mən ona abunə olmuşam.Bu necə olur? Bilmək istiyirəm ki , necə etmək olar ki , mənə kimsə dostluq göndərəndə mən qəbul etməsəmdə o mənim abunəm olsun? Bir sualım da belədir ki , facebook-da dost siyahımda olanların adından müxtəlif tətbiqetmələr və facebook oyunları paylaşılır.İki-üç dəfə də belə bir şeyi facebook-da öz lövhəmdə görmüşəm.Həmin adama bu haqda sual verəndə o mənə dedi ki , onun xəbəri olmadan bu məlumat mənim lövhəmə düşüb.Bu haqda məlumat verin zəhmət olmasa bu necə ola bilər ki , onun xəbəri olmadan onun adından hansısa məlumat başqasının lövhəsində paylaşılsın?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ilkin Alizadeh (2012-08-10 08:10:33)
Elvin Hacı çox sağ olun.

Ilaha (2012-08-06 12:43:25)
Face-də günlük deyil bu mehdudiyyet , umumi gonderdiyiniz dostlugun nechese faizi qebul elemese blok olunursuz, blok 48 saatdan birdefelik baglanmaya kimi olur.

Elvin Hacı (2012-07-25 17:35:55)
Salam. Abunəlik avtomatik olan şeydir. Kiməsə dostluq göndərirsinizsə onun abunəsi olursunuz, eləcə də başqası sizə. Sonradan o sizi dostluqdan silsə belə siz onun abunəçisi olaraq qalırsız. İkinci dediyiniz məsələ isə spam-dır. O hansısa cəlbedici video-ya zada baxmaqçün aldanaraq SPAM APP-a ALLOW edib, indi app onun adından spam dərc edir. Girib təmizləməlidir o spam app-ları settings/apps-dan

Aysel Abbasova (2012-07-25 17:13:28)
Facebookda gun erzinde maximun nece nefere dostluq gondere bilerem?