c diskində problem

salam mən komputerə oyun və yaxud proqram yazdıranda D diskinə yazdırıram amma niyəsə c diski get gedə azalır c diski 80 gb di.boş yer isə 8 gb qalib hərdən 1 gb 500 mb olur sonram coxalır.necə həll edim bu problemi 80 gbdan demək olarki hecnə qalmayıv

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Namiq Bəndəli (2012-07-26 20:46:10)
1. İş masası (Рабочий стол) və Sənədlərim (Мои документы) qovluqları da C diskində yerləşdiyi üçün, burada olan faylalr da C diskinin dolmasına gətirib çıxarır. Əgər İş masası (Рабочий стол) və Sənədlərim (Мои документы) qovluqlarında faylalr varsa onları D diskinə köçür. 2. Bəzi proqramlar (məsələn Nero, Opera, Firefox, Photoshop və s.) C diskində müvəqqəti fayllar yaradırlar, onları təmizlə (Ccleaner proqramı vasitəsilə lazımsız faylları təmizləmək mümkündür) 3. Sistem xüsusiyyətləri (Свойства системы) - Sistem qoruması (Защита системы) - Nimzamla (Настроит) sistemin qorunması üçün ayrılan hissəni azalt.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

C diskində problem var

Noutbukun yaddaşı azalır.

C diski

D diski yox olub