Facebook şifrəm məndən xəbərsiz dəyişdirilir!

Salam. Artıq bu ay ərzində 2ci dəfəfir ki, facebook şifrəm mənnən xəbərsiz dəyişdirilir. Bilmirəm iphone-dakı hansısa bir apllication eliyir bunu , yoxsa personal komputerdəki virus? Komputeri dünən format etmişəm, bu gün səhər istifadə etmişəm, saat 12:50 -də dəyişdirilib parol. Parol 85.132.92.200 ip adressindən dəyişdirilib. Mümkünsə köməkl edin.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Togruliko (2012-09-12 20:27:36)
Sen SAZZ-in hansi qurğusundan istifadə edirsən ? Məndə SAZZ datakartdi , o da hər antivirusnan işləmir . Antivirus məndə TrendMicro Titanium internete qoşulmaqa çətinlik yaradir . Səndə necə rahat istifadə eliyə bilirsən ?

Togruliko (2012-09-12 20:22:54)
Salamlar haminiza . Qaqa , men de noutbookuma 2012 TrendMicro Titanium yazdirmişdim . Dimey olar ki o antivirus işləyənnən mən internetə qoşula bilmirəm .

HelpUser (2012-07-30 09:43:00)
Mən də son 3-4 aydır Linuxa keçməyi planlaşdırıram, amma bəzi çətinliklər ola bilər deyə keçməyə risk etmirəm - ən böyük çətinlik kimi - deyirəm birdən Sazz -ın driverin tapa bilmərəm Ubuntu üçün. Əgər bu barədə köməklik edə bilsəniz mən də bu bəladan qurtulardım...

Elvin Hacı (2012-07-30 01:14:24)
Düzü əsas məsləhətləri yazdım. İkinci yazdıqlarınız Windows ƏS-ində olan zəhlətökən və yorucu problemlərdən bəhs edir. Mən şəxsən Linux istifadə edirəm deyə belə problemlər mənə yaddır. Mövzuya aid deyildi əslində OS-lar barədə danışmaq, amma şərhinizdəki problemlərə görə yazdım bunu. İmkanınız varsa keçin Ubuntu ƏS işlədin, ömürlük belə virus,antivirus,donmaq,təhlükəsizlik boşluğu və.s. problemlərdən qurtulun. Bu da problemin həll yollarından biridir.

HelpUser (2012-07-30 00:00:49)
Mən TrendMicro Maximum Security 2012 işlədirdim, sonra nəsə oldu komputerə - bilmirəm həm virus zədəsinə də oxşayırdı həm də fiziki zədəyə, (ifrat dərəcədə donurdu, antivirus aktiv olmurdu)... bu yaxınlarda harddisklərdən biri sıradan çıxdı, indi 1 harddisklə işlədirəm, nəsə , buna Microsoft Security Essentials yazmışam, amma bu göz aldadır, drayverləri və standart proqramları (internetdən rəsmi saytdan) yazdıqdan 1-2 gün sonra komputer yenə başlıyır "gicləməyə"... İnan ki 2 gündü əsəbimnən oynuyur. Bilmirəm - ya güclü virusdu ya da badsector düşüb harddisklərə...Çünki əvvəl bir neçə dəfə checkdisk də istəmişdi (etmişəm)... Xaiş edirəm səbrlə oxuyub kömək edin.

Elvin Hacı (2012-07-29 21:18:33)
Salam. Yox, app-lar parol dəyişmək iqtidarında deyil. O app-lar bunu edə bilər ki fishing ilə sizdən parolu, email parolu və.s. almış olsun, yəni siz əllə özünüz onlara parolunuzu bilmədən yazmış olasınız. Odur ki hər ehtimala qarşı bütün yad app-ları silin. Bu kompüter virusu da ola bilər. Kompüterinizdə yoxdursa, əminsinizsə, o halda müvafiq emailinizin də parolunu dəyişin. Çünki parol dəyişmək requesti etmək asandır, əsas onu mailə girib təqdiqləməkdir, parolu dəyişə bilən adama mailinizə girə bilir ki, bu işi bacarır. Ona görə də mail parolu, alternativ emailini filan dəyişin. Facebook-da settings-də active sessions-a girib bütün session-ları söndürün. Facebook-dan ancaq https ilə istifadə edin. Kompüterinizə normal antivirus yazın, birdən keylogger filan olar

Amil (2012-07-29 20:37:14)
Salam, bəzi naməlum app-ları silin, hər şey qaydasında olacaq.