Görəsən nə virusudur bu?

Salam . Keçən suallımda demişdim - komputerə nəsə virus düşüb - həm facebook parolu dəyişir həm də komputeri qoymur işləməyə - hətda bir harddiski sıradan çıxarıb. Düzü bütün bunlara görə indi Ubuntu install edəcəm, amma çox maraqlıdı - bu nə virusdu? format da edirsən getmir - googlechrome ilə yaxşı yola gedir ;) onunla girilən saytlarda şifrələri oğurlayır, - Virus özünü belə göstərir: Windows 10 dəfədən 1-də güclə açılır, 2 dəfə error gəlir: errorun üstündə MOM.EXE göstərilir, məzmununda isə dw20.exe -nin erroru kimi göstərilir. Amma məzmunun əvvəlində hər dəfə başqa-başqa çin dilində yazılar olur :)) Bilmirəm hardan ilişdim buna :)) Mümkünsə deyərdiniz bu nə virusudu? :)

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

HelpUser (2012-08-02 12:03:57)
Hələki tam razıyam. Windows-dan qat-qat üstündü. Ən azından işi ləngitmir - bir az vaxt lazımdı öyrəşməyə, Windows-da olan hər şeyin alternativini tapmaq olar.

Elvin Hacı (2012-08-01 00:26:06)
Şəxli uğursuzluqdan ümumi rəy çıxarmaq düzgün deyil :) Windows yalnız katibə, mətnyığan, oyunbaz və.s. end-userlər üçün daha yaxşı ola bilər, digər hallarda windows-un yaxşı olması sadəcə ona öyrəşmiş tənbəl mühafizəkarların yaratdığı mifdir. :)

Ruslan Butdayev (2012-07-31 21:06:07)
goreceyik hansi problemlere son hansilara start :)))) .... Hele ki workstation uchun en gozel windows dur.. linux hele ki o guce malik deyil ne qeder de inkishaf eletdirse windows un yaninda zeifdi.. dogrudu haratdi viruszusdur istifadeciye yaxindi (END userlere adi userler uchun istifade hech de asan deyil).. ama bir nece defe yazib silmiwem.. yaxshi gedib gedib hansisa bir ishde lazim olan bir shey linuxda problem yaratdigindan qayitmiwam windowsa yene...

HelpUser (2012-07-31 10:42:54)
Quzu kəsim UBUNTU'ya :D :) problemlərə SON!

Onar Alili (2012-07-31 09:23:45)
Əgər AMD rəsmi saytından yükləyirsizsə onda virus ola bilməz. aimp programında ermeni dili olmağı anormal deyil,çünki programın daha geniş yayılması üçün mümkün qədər multilanguage(çox dilli) olmalıdır.

HelpUser (2012-07-30 23:03:20)
MOM.exe haqda məlumat nəsə bəzi şübhələr yaratdı məndə - əvvəllər vga driveri özümdə olan rəsmi diskdən yazırdım, son 2 həftə ərzində ATI -nin amd saytında olanı yazdım... Ola bilər onun özündə virus olsun? Çünki bundan əvvəl komputer pis işləsə də belə error çıxmırdı startup-da. Bir də ki aimp3 -dən şübhələnirəm - qeyri rəsmi versiyadı aimp.ru saytı hazırlayır, içində erməni dili də var :)

Onar Alili (2012-07-30 22:36:49)
Salam MOM.exe ATI driverinin bir hissəsidir. Əgər mom.exe c:\Program Files\ qovluğu içərsində yerləşirsə normaldır,bəzi viruslar mom.exe adı ilə C:\windows vəya c:\windows\system32 qovluğunda olur o zaman bu virus ola bilər. Siz tam virusdan xilas olmaq üçün formatlayın kompyuterinizi,formatla keçməyən nadir viruslar var ki onların sizin komp. düşmə ehtimalıda azdır,ola bilər siz hər dəfə formatdan sonra hansısa crack,keygen istifadə edirsiz və ya hansısa zərərli program istifadə edirsiz xəbəriniz olmadan.

Huseyin (2012-07-30 22:29:09)
sizin virus ya trojandi ya da keylogerdi keylogger bir sira interner saytlarinda proqramlarda olur mene ele geli ki keyloggerdi 80% o kiminsen serverine baglidir ve hemin keyloggeri qyran cinayetkar sizin kompyuteri idare edir

Chingiz (2012-07-30 22:25:58)
Virusun nə olduğunu bilmədim. Amma məsləhət olaraq başqa əməliyyat sisteminə keçməyiniz daha yaxşı olar.