Linux’a keçmək istəyirəm məsləhət verin

Salam. Son vaxtlar komputerimdə Windows -un problemlərinin ifrat dərəcədə artmasına görə (problemləri əvvəlki sualımda yazmışdım) istəyirəm ki, Linux'a keçim. Amma keçməzdən əvvəl məsləhət almaq istərdim. Mən özüm işdə Centos işlədirəm, amma bir dəfə test üçün Sazz-ın driverin Centos üçün olanını axtardım - bir şey tapa bilmədim. Mümkünsə mənə elə bir Linux versiyası deyin ki, o versiyada Sazz-ın driveri olsun. Mümkünsə driver linkini də verərdiniz. *Qeyd: Sazz Wimax 4G USB Modeminin modeli: AX326 ( ZTE firmasınındır. )

Verilmiş cavablar və yazılan şərhlər (15 cavab var)

musarir (2012-07-30 23:32:34)
siz ən yaxshisin PİD vıs air dəyərlərə gorə çin forumlarına baxın bəlkə hansısa firmawaretapa bildiniz ,çünk firma özüdə çinə məxsusdur və yəqin ki linux driver olar

HelpUser (2012-07-30 14:33:51)
Tamamilə razıyam bu fikrinizlə. Xidmət ən aşağı səviyyədədir.

Elvin Hacı (2012-07-30 14:26:11)
Çünki sizinlə danışan adamın ƏS-lər barədə heç bir bilgisi yoxdur, o sadəcə bu sualın cavabını əzbərləyib və siz hansı faktlarla çıxış edirsiniz edin, eyni cavabı verəcək. Call-centerlərimizin demək olar hamısı belədir.

HelpUser (2012-07-30 14:24:09)
Dedim, yenə də öz bildiyini deyir "Windows XP, Windows 7, Windows 8 " ... (çox da lazım idi mənə Windows 8)...

Elvin Hacı (2012-07-30 14:20:45)
Deyin ki, sizin saytdakı PDF-də Linux dəstəkləməsi haqda yazılıb. Mənbəni də göstərin baxsınlar və görsünlər ki öz modemlərindən özlərinin xəbəri yoxdur :) Bir neçə il əvvəl Azercell Datakart-ın da Linux dəstəkləməsi barədə rəsmi saytda heç bir bilgi yox idi, Ubuntuda qoşub quraşdırdım işlədi.

HelpUser (2012-07-30 14:14:42)
Önər Əlili, videodakı alınmadı. Amma bir qədər ideya verdi, təşəkkürlər. İndi Centos-du işlətdiyim, evdə Ubuntu yazıb digər metodları da yoxlayaram. Alınmasa gərək 55 manata MF10 qurğusunu alım Sazzdan :( . Sazzla da əlaqə saxladım - deyirki bizim modemlər linuxu dəstəkləmir! Day niyə yaşıyırsızki?!

Onar Alili (2012-07-30 14:06:03)
Bu videodakınıda yoxla.

HelpUser (2012-07-30 14:01:15)
Allah razı olsun. Yoxlayıb cavab deyərəm.

HelpUser (2012-07-30 12:50:33)
Yoxladım Centos-da, Sazz modemi tanımadı həmin proqram. Konfiqurasıyaları yazıb Save edən yerdə Device Not Found yazılır. Mümkünsə kömək edərdiniz.

Onar Alili (2012-07-30 12:49:36)
Buyurun http://goo.gl/5IcTA http://goo.gl/H6KTe burdakı Ubuntu 11.10 üzərində ZTE AX226 üçündür,yüklənməsidə yazılıb orda.

HelpUser (2012-07-30 12:44:17)
Əgər bu göndərdiyiniz ZTE texnologiyasına aiddirsə yəqin ki böyük ehtimalla işləyəcək. Centos-da yoxlayıb cavab deyərəm. Mümkünsə bir neçə məsləhətli mənbə linkini də göndərərdiniz.

Onar Alili (2012-07-30 12:33:00)
wimax`lar hamısı eyni texnologiyanı istifadə edir,əslində yoxlamaq lazımdır sadəcə əldə sazz modem olması lazımdır. Məsələn http://code.google.com/p/royal-bengal-wimax/ eyni texnologiyadır bəlkədə işləyər.

Elvin Hacı (2012-07-30 12:25:15)
Çox maraqlı sualdır əslində bu. Çünki bir çox forum,bloqlarda bu sual qoyulub və həmişə də cavabsız qalıb. Əlbəttə ki günahkar Sazz-dır, ki buna birdəfəlik aydınlıq gətirmir. Məndə indiyədək Sazz modem olmayıb, yoxsa özüm qurdalayıb həll yolu tapmağa çalışardım, nə də olsa modem universal modemdir, Sazz-ın öz istehsalı deyil, deməli həll var.

HelpUser (2012-07-30 11:18:29)
Hə, dokumentasıyada yazılıb ki guya dəstəkləyir, amma necə dəstəklədiyi məlum deyil. Sazz-la əlaqə saxlamışam - onlarda əlavə driver kimi təkcə MAC üçün var. Linux üçün yoxdur. Gərək axtarıb tapım...

Onar Alili (2012-07-30 11:03:35)
Burda yazılana görə aşağdakı yayımlar dəstəkləyir ama driver haqqında məlumat yoxdur Sazz ilə əlaqə saxlayın. Linux RedHat (RHEL, Fedora) Debian (Debian, Ubuntu)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mən telefonumu modem kimi işlətmək istəyirəm

Sazz

Twitter’lə bağlı sual

Netbook mikrofon driver

Komputerə Ubuntu yazarkən win7 ni siradan çıxardım(xarab elədim)

Aliexpress məhsul