MacBook almaq istəyirəm

Salam, Məndə Windows 7 ilə işləyən noutbuk var, amma həm də MacBook Air almaq istəyirəm. Nə məsləhət görərdiniz? İndidən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Amil (2012-08-01 23:56:54)
Hər halda öz rəylərinizi bildirdiyiniz üçün hamınıza təşəkkür edirəm. Amma hərənin öz seçimi var

Elvin Hacı (2012-08-01 21:43:39)
Populyarlıq hələ keyfiyyət demək deyil. Küçədə vaz2107 hummerdən çoxdursa bu o demək deyil ki 2107 yaxşıdır. Kütlə ona təqdim ediləni istifadə edir. Və Windows bu mənada hamını qabaqlayıb. Belə ki 90-cı illərdə kompyuterlərin kütləviləşdiyi illərdə məhz Microsoft hamıdan zirək tərpənərək öz zibil məhsulu olan Windows-u sanki default OS bu olmalıdır, kompyuter=Windows adı ilə hamıya sırıdı. Və bunun zərərini dünya istifadəçiləri hələ də çəkir. Mac-ı bir kənara qoysaq, Linux distrolar keyfiyyət baxımından Windows-dan qat-qat üstündürlər. İstifadə edənlər bilir niyə.

musarir (2012-08-01 21:14:25)
APPLE fanlar deysən çoxalır amma nə yazıq ki alınana device`nin Elvin demiş nə üçün use`olunacağı fikirləşilmir.belə bir tendensita var idi 3-4 il öncə iphone`um olsun amma JB`sidə olsun və ya İphone olsun amma İçindəki İos deyil andriod olsun, deyəsən həldəd davan edir :D Bu bənzətmə elə yuxarıdakı suala bənzədi , nəzərinizə çatdımaq istərdim ki Mac OSX Mountain lion`la gələcək sistemli Macintosh`lu APPLE PC`ni digər Microsoft Windows PS il' mwqayisə etmək eldə uğurlu deyil siz reklamalardakı Tizerlər baxmayın İ`m mac vs İ`m PC :) Və sonda demək istəyirəm ki Mac alacaqsınızsa yaxşıca ölçün və bilinki aldınsa geri dönuşu yoxdur .Mac Os da da Win proq`ların alternative və ya sinonimi var və demək olar pulla verib alacaqsınızsa əksərən çox ucuz başa gəlir lisenziya işi bir iki böyük qarfik proqramdan başqa , elə qrafikadanda söz düşümüşkən deyim ki Photoshop`u mercury`si bilirsiz Macbook air`də necə irəli atılım edir adam heyran olur,materialın həll olmasına..amma core i7 HP`nin ən ənəvivi harddiski ilə bunu elədə hiss ettmək olmur .çünki birinci disk SSD deyil ikinci isə əməliiyat sistemi windows`dur və Unix`ə tay ola bilməz unix və linux qrafikanın canın almır amma windows suruyur .Hə birdə yaddan çıxmamışkən deyim ki Əksər Autodesk soft`lar Mac OS üçün tək -tək paket şəklində var və ya yoxdur.

Amil (2012-08-01 12:54:47)
Windows pis olsaydı, başqasından, məsələn, Mac-dan və ya Linux-dan daha çox istifadə olunardı...

Elvin Hacı (2012-08-01 00:28:22)
Windows7-dən sonra ən yaxşı MAC-dır? MAC üçün bundan böyük təhqir ola bilməz :)

Amil (2012-07-31 15:11:46)
Sağ ol.

Onar Alili (2012-07-31 14:55:23)
1.Yazmaq olur 2.Bəli olur. http://goo.gl/UBmed linkə baxın orda sonlarda ZendBook var onlarda görüntü olaraq MacBook kimidir həmçinin Ultrabooklar olur o formada.Acer,HP markalarınında o şəkildə notebookları var.

Amil (2012-07-31 14:47:56)
Yox, səbəb görünüşündən xoşum gəlməsidir. Həm də məncə Windows 7-dən sonra ən yaxşı ƏS MAC-dır. Suala gəlincə isə əsasən bilmək istərdim ki: 1. MacBook-u format edib Windows 7 yaza bilərəm? 2. MAC OS-un yuxarı hissəsində kiçik zolaq var, onu gizlədə və ya aşağı keçirə bilərəm?

Onar Alili (2012-07-31 09:55:03)
Salam Sualın tam olaraq nə olduğunu bilmədim.Pulunuz varsa Macbook Air notebookunuz olsun istiyirsizsə büdcəniz imkan verirsə buna alın xeyrini görün. MacBook Air necə notebookudur ? Əladır. Unutmuyun Windows 7`də öyrəşdiyiniz programları Mac OSX görməyə bilərsiz və alternativ programları axtaramağa başlamalısız buda o deməkdirki pulla bərabər səbr və vaxtda lazımdır :]

Elvin Hacı (2012-07-31 09:44:43)
Salam. Səbəb nədir? Səbəb niyə mənim də Macbook-um olmasın-dır ya ehtiyac var? Siz tələblərinizi, alacağınız device-dan umduqlarınızı desəniz yəqin cavab verənlər də konkret deyə bilər ki sizin bu istəklərə uyğun model məsələn Macbook Air - 11 düym, 1.7GHz Dual-Core i5, 4GB DDR3 modelidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ən yaxşı laptop markası hansıdır?

MacBook PRO və AİR fərqi , üstünlükləri.

Verizon iPhone (CDMA)

Apple e-maili

iPhone 5S`də niyə açar olmur ?

İphone 5s Yoxsa Samsung galaxy s4